Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın dondurulmuş aktivləri... – Aİ bu pullarla nə edəcəyini bilmir...

Avropa İttifaqı bankları Rusiyanın dondurulmuş pullarından əldə etdikləri mənfəətlə nə edəcəklərini bilmirlər...

Aİ bloklanmış Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirin Ukraynaya köçürülməsi imkanını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məsələnin müzakirəsi ilə tanış olan mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, dondurulmuş vəsaitlərdən cari ilin birinci 734 milyon avro mənfəət əldə edilib. FT qeyd edir ki, Euroclear üçün müştəri vəsaitlərini borc vermək və qazanılan faizləri tutmaq standart təcrübədir.

“Maliyyə qurumları bu pulla nə edəcəklərini bilmirlər”, deyə mənbədən biri nəşrə bildirib. O, qeyd edib ki, bu pullar Kiyevə köçürülə bilər. Başqa bir mənbə isə bildirib ki, böyük ehtimalla bu pullar Ukraynaya veriləcək.

Qəzetin mənbələri bu aktivlərin sonradan mənfəətin idarə edilməsi ilə investisiya edilməsini dondurulmuş aktivlərlə məşğul olmaq üçün başqa variant adlandırıblar. Hər iki halda hüquqi nüanslar müzakirə olunur.

FT əlavə edir ki, konkret təkliflər iyunun sonunda təqdim oluna bilər. Qəzetin yazdığına görə, Rusiya aktivləri ilə bağlı indiyədək səslənən yeganə variant Belçika hakimiyyətinin bu fondlardan əldə olunan faiz gəlirindən vergi gəlirlərini Ukraynaya və qaçqınlara kömək etmək niyyəti ilə bağlı bəyanatı olub.

Qeyd edək ki, Belçika hökumətinin məlumatına görə, Rusiyanın Avropa İttifaqı ölkələrində dondurulmuş vəsaitləri demək olar ki, 197 milyard avrodur, bunun 180 milyardı Mərkəzi Bankın aktivləridir və bu aktivlər “Euroclear” maliyyə şirkətindədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar