Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın demoqrafik fəlakəti – Uşaq doğumu kəskin aşağı düşür...

Bu ilin aprel aylnda Rusiyada 24 il ərzində uşaq doğuşunda rekord aşağı səviyyə qeydə alınıb...

Qeydiyyat idarələrinin statistikasına görə, aprel ayında Rusiyada demək olar ki, dörddə bir əsrin aşağı səviyyə uşaq doğulması baş verə bilər. Demoqraflar bildirir ki, 2023-cü il Rusiyanın postsovet tarixində doğum üçün ən pis il olacaq.

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “Aqentstvo” nəşrinin məlumatında bildirilir.

Aprel ayında regional qeydiyyat idarələrinin son məlumatlarına görə (Rosstat bu ayın yekun statistikasını hələ dərc etməyib) 95 min uşaq doğulub ki, bu da 2023-cü ilin (qısa fevral ayı daxil olmaqla) və 2022-ci ilin digər aylarından azdır. Regional qeydiyyat şöbələrindən statistik məlumat toplayan demoqraf Aleksey Rakşa bu məlumatı Rusiyanın “Aqentstvo” nəşri ilə bölüşüb. Bu rəqəmlərə əsasən, 2023-cü ilin aprelində Rusiyada 2022-ci ilin aprel ayı ilə müqayisədə 4,7%, 2021-ci ilin aprel ayı ilə müqayisədə isə 14,2% az uşaq doğulub (110,7 min doğuş).

Rakşa deyir ki, bu, 1999-cu ilin son üç ayında və 1997-ci ilin noyabrında olan rekord aşağı doğum statistikasndan da aşağıdır. O, 2023-cü ilin enişini ilk növbədə reproduktiv yaşda olan qadınların sayının 3% azalması ilə izah edir.

2023-cü ilin yanvar-aprel aylarında Rusiyada 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 3,4% az uşaq (və ya 406 min) doğula bilər. “Aqentstvo” nəşri yazır ki, demoqraflar 2023-cü ildə doğumların 8-10% azalaraq 1,17-1,2 milyon uşaq olacağını gözləyirlər.

Rakşa bildirib ki, proqnoz bir qədər yüksək ola bilər. Ola bilər ki, bu il 1,2 - 1,25 milyon uşaq dünyaya gələ bilər. Əgər bu olarsa, o zaman cari il yeni doğuşlar baxımından bütün postsovet dövründə ən fəlakətli və ya ən pis il ola bilər. Qadınların sayının azalması ilə yanaşı, Rakşa bunu səfərbərlik və rusların xaricə kütləvi köçü, habelə əhalinin gəlirlərinin azalması ilə izah etdi.

“2022-ci ilin yayında konsepsiyaların sayının azalması “2022-ci ilin yayın əvvəlində iqtisadi sanksiyalar, Qərb şirkətləri və brendlərinin ölkədən getməsi ilə bağlı yaranmış qeyri-müəyyənlik vəziyyəti fonunda məntiqli və rasional görünür”, deyə ekspert qeyd edib.

Həmçinin Rakşa bildirib ki, bəzi kişilərin və ya bütöv ailələrin başqa ölkələrə getməsi də doğumun azalmasına təsir edir. Onun fikrincə, başqa bir amil "Rusiya əhalisinin müharibənin başlanmasına mənfi reaksiya verən hissəsi arasında stressdir və bu, əsasən aktiv reproduktiv yaşda olan gənclərdir.

Qeyd edək ki, Rusiyada doğumların sayı 1990-cı illərin sonundan 2014-cü ilə qədər artıb, daha sonra isə bu temp sonra azalmağa başlayıb. Ən fəlakətli il 2017-ci il olub və həmin il 10,5% azalma baş verib. Bu temp sonrakı illərdə də davam edib. 2018-ci ildə 5,4%, 2019-cu ildə 7,5% azalma müşahidə olunub. Sonra azalma tempi aşağı düşüb və 2020-ci ildə - 3,2%, 2021-ci ildə - 2,3% təşkil edib. 2022-ci ildə azalma yenidən yüksələrək 6,8% olub.

2022-ci ildə Rusiyada iki mühacirət dalğası olub. Birincisi dalğa Ukraynanın işğalı başlayandan dərhal sonra, ikincisi isə sentyabrın 21-də səfərbərlik elan edildikdən sonra baş verib. Ümumiyyətlə, 2022-ci ildə demoqrafların hesablamalarına görə, 600-800 minə qədər insan Rusiyanı tərk edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar