Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Azərbaycan AZAL təyyarəsinin vurulması ilə bağlı problemlərin həlli üçün razılığa gəlib

Moskva və Bakı liderlərin Düşənbə razılaşmalarına uyğun olaraq praktiki addımlar atacaq...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Azərbaycan Prezidenti İlham Əliyev arasında Bakıda keçirilən görüşdə 2024-cü ilin dekabrında baş vermiş AZAL təyyarə qəzasından sonra yaranmış problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Rusiya hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Azərbaycan–Rusiya münasibətlərinin gündəliyinə dair ətraflı fikir mübadiləsi aparıblar. Bildirilib ki, 2025-ci il 9 oktyabr tarixində Düşənbədə keçirilmiş görüşdə Azərbaycan və Rusiya liderləri arasında əldə olunan razılaşmalara uyğun olaraq yaxın vaxtlarda qəza ilə bağlı hüquqi, maliyyə və təşkilati məsələlərin həlli üçün konkret və praktiki addımlar atılacaq.

Xatırladaq ki, həmin görüş zamanı Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevlə söhbətində baş vermiş faciə ilə əlaqədar kompensasiyaların ödənilməsi istiqamətində Rusiyanın “zəruri olan hər şeyi edəcəyini” bildirmişdi. O, həmçinin hadisə ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini vurğulamışdı.

Bununla yanaşı, ötən ilin dekabrında Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada AZAL təyyarəsinin qəzasi ilə bağlı cinayət işinin dayandırılmasına təəccüblə yanaşdığını açıqlamışdı.

Qəza 25 dekabr 2024-cü ildə baş verib. Azərbaycan Hava Yolları şirkətinə məxsus Embraer-190 tipli sərnişin təyyarəsi Bakıdan Qroznıya uçuş həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 5 heyət üzvü və 62 sərnişin olub.

Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən buraxılmış iki raket təyyarəni birbaşa vurmasa da, təyyarədədə təxminən on metr məsafədə partlayıb. Nəticədə təyyarə ağır zədələnib və Qazaxıstanın Aktau hava limanı yaxınlığında  baş vermiş aviaqəza zamanı 38 nəfər həyatını itirib.

Hadisə Azərbaycan–Rusiya münasibətlərində ciddi rezonans doğurmuş, həm hüquqi məsuliyyət, həm də kompensasiya məsələləri iki ölkə arasında əsas müzakirə mövzularından birinə çevrilmişdi. Hazırkı razılaşma isə tərəflərin yaranmış problemləri mərhələli və qarşılıqlı anlaşma əsasında həll etmək niyyətini ortaya qoyur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay