Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və ABŞ noyabr ayından İsveçrədə Ukrayna ilə bağlı gizli görüşlər keçiririr

2024-cü ilin noyabr ayından etibarən Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı gizli görüşlər keçiriblər...

Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsini qeyri-rəsmi müzakirə etmək üçün 2024-cü ilin noyabrından bu yana gizli görüşlər keçiriblər.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələr istinadən məlumat yayıb.

“Son aylarda, o cümlədən ötən həftə amerikalı və rusiyalı iştirakçılar Ukraynadakı müharibəni qeyri-rəsmi müzakirə etmək üçün İsveçrədə gizli görüşdülər”, deyə Agentlik yazır.

Reuters-in mənbələri İsveçrədəki danışıqları “yan kanal” kimi qiymətləndirib. Agentlik yazır ki, bəzi təmaslar prezident Donald Trampın 5 noyabr 2024-cü il seçkilərində qələbəsindən sonra keçid dövründə baş tutub.

Rusiya və ABŞ rəsmilərinin dövlət məmuru olmadıqları üçün onların hökumətləri tərəfindən göndərilib-göndərilməməsinin aydın olmadığı vurğulanır.

“Eyni zamanda, onların diplomatik və təhlükəsizlik təcrübəsi var”, deyə Reuters qeyd edir.

Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Rusiya-ABŞ rəsmiləri arasında görüş baş tutub. Görüşdə bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpası, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanması və iki prezident arasında görüşlərin təşkili müzakirə olunub.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay