Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya indiyədək Ukraynaya nə qədər ziyan vurub?...

Müharibənin indiyədək Ukraynanın infrastrukturuna vurduğun ziyanın məbləği açıqlandı...

Rusiyanın başlatdığı müharibə nəticəsində Ukraynanın infrastrukturuna dəymiş birbaşa sənədləşdirilmiş zərərin ümumi məbləği 2023-cü ilin aprelinə 147,5 milyard dollara çatır.

Poliqon xəbər verir ki, Kiyev İqtisadiyyat Məktəbinin (KSE) “Rusiya ödəyəcək” layihəsinin ekspertləri belə təxminlər irəli sürürlər.

“2023-cü ilin aprel ayının yekunlarına görə, mənzil fonduna dəymiş zərərin həcmi bu ilin fevral ayı ilə müqayisədə 1,2 milyard dollar artıb, 53,6 milyard dollardan 54,4 milyard dollara yüksəlib. Zərər çəkmiş və ya dağılmış yaşayış binalarının, o cümlədən fərdi, çoxmərtəbəli binaların ümumi sayı demək olar ki, 158 minə yaxındır”, deyə hesabatda qeyd olunur.

İtkilərin həcminə görə ikinci və üçüncü yerlərdə infrastruktur və sənaye sahələri və müəssisələrin itkiləri qərarlaşıb. İnfrastruktura dəymiş ziyanın məbləği dəyişməz olaraq qalır - 36,2 milyard dollar. Müəssisələrin aktivləri isə daha 100 min dollar artıb və itkilərin ümumi məbləği 11,4 milyard dollardır.

Müharibənin təhsil sahəsinin infrastrukturuna vurduğu ziyan da artıb. Bu ilin aprel ayının yekunlarına görə, qəzalı və dağılmış təhsil müəssisələrinin ümumi sayı 3,2 minə çatır ki, onların arasında 1,5 mindən çox orta təhsil müəssisəsi, minə yaxını məktəbəqədər təhsil müəssisəsi, 538-i ali təhsil müəssisəsidir. Təhsil sektoruna dəyən ziyanın ümumilikdə 9,1 milyard dollar olduğu qeyd edilir.

Həmçinin enerji infrastrukturunun zədələnməsi nəticəsində birbaşa itkilər daha 200 milyon dollar artıb və hazırda belə itkilərin ümumi məbləği 8,3 milyard dollar təşkil edir.

“Səhiyyə sektoruna dəyən ziyan daha 0,9 milyard dollar artıb. 2023-cü ilin fevral ayı ilə müqayisədə aprel ayına səhiyyə sektorunda itkilər 1,8 milyard dollardan 2,7 milyard dollara yüksəlib. Ümumilikdə, 806 obyekt dağıdılıb və ya zədələnib. onların arasında 367 xəstəxana və 341 ambulatoriya mərkəzi var”, deyə ekspertləri bildiriblər.

Qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, Ukraynanın bərpası üçün ən azı 411 milyard dollar lazımdır. Elan edilmiş məbləğ Ukraynanın 2022-ci il üçün ÜDM-dən 2,6 dəfə çoxdur.

May ayında Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın bərpası üçün 400 milyard dollardan çox vəsaitə ehtiyac olduğunu açıqlamışdı. Eyni zamanda, bu məbləğ işğal altında qalan ərazilərdəki dağıntıları nəzərə almır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar