Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Cənubi Qafqazı itirir - Region qlobal dəyişikliklər astanasındadır - Video

Cənubi Qafqaz qlobal dəyişikliklər astanasındadır. Öz zəifliyini nümayiş etdirən Rusiya regionda nüfuzunu sürətlə itirir…

Rusiya imperiyası çökməlidir ki, xalqlar bir-biri ilə əməkdaşlıq edə bilsin. Cənubi Qafqazın sülh yoluna keçməsi üçün Ermənistanın türk qonşuları ilə razılığa gəlməsi vacibdir”.

PİA.az xəbər verir ki, bu fikri rusiyalı tarixçi, siyasətçi Dmitri Çernışevski YouTube-dakı şəxsi video bloqunda bildirib.

Dmitri Çernışevski hesab edir ki, Rusiyanın Cənubi Qafqazda təsiri Ukrayna sayəsində zəifləməyə başlayıb. Onun sözlərinə görə, Cənubi Qafqazın Rusiyadan qopma prosesində son vaxtlar əsas hadisə Ermənistanın KTMT qoşunlarını birgə təlimlər üçün öz ərazisinə buraxmaqdan imtina etməsi olub. Moskvanın yaratdığı və NATO-nun analoquolan KTMT isə açıq-aydın dağılmaq ərəfəsindədir.

Çernışevski Ermənistan lideri Nikol Paşinyanın son vaxtlar müstəqillik nümayiş etdirməyə başladığına diqqət çəkib.

“Paşinyan Rusiyadan qopmaq üçün addımlar atır. O, “Qarabağ klanı”na, hərbçilərlə və Rusiyaya müəyyən taktiki kompromislərə getməkdən artıq cana doyub. İndi Paşinyan bütün bu “ipləri” qırmaq, ölkəsini düşdüyü çətin vəziyyətdən çıxarmaq imkanı əldə edib və bu, onun siyasi kursinin tarixi strategiyasıdır”, deyə rus tarixçisi bildirib.

Çernışevski qeyd edib ki, Moskva ilə İrəvan arasında tarixən əlaqələr son dərəcə güclüdür. Rusiyanın hətta Ermənistanın Gümrü şəhərində hərbi bazası var:

“İndi Rusiyanın Ukraynadakı müharibə ilə məşğul olduğu və orada məğlubiyyətə uğradığı, eyni zamanda Ermənistanın Qarabağ uğrunda müharibədə uduzduğu üçün hər iki ölkədə vəziyyət kökündən dəyişib. Böyük tarixi miqyasda Ermənistan tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir”, deyə Çernışevski qeyd edib.

Tarixçi əmindir ki, Ermənistan yalnız o şərtlə sağ qala biləcək ki, nəhayət, Moskva ilə münasibətləri kəssin, eyni zamanda qonşuları – Azərbaycan və Türkiyə ilə də barışsın. Bunun üçün Qarabağdan imtina etmək, Laçın dəhlizinə nəzarəti Bakıya vermək lazım gələcək”

Rusiya müttəfiqinin ayaq üstə dayanmasına kömək etmir. Birincisi, o, bunu etmək istəmir, ikincisi, buna nə gücü, nə də təsiri imkanları var. Ona görə də Ermənistana Rusiya ilə deyil, türk qonşuları ilə münasibətləri yaxşılaşdırmaq lazımdır... Mühasirəyə alınmış qalaya, Fransa və Amerikanın, Rusiyanın dəstəyinə doğru kurs faydasızdır... Paşinyan döngəli yollarla gedir, amma o, mümkün olan yolu tutub. Bu yol Ermənistanı təcriddən çıxarmaqdan ibarətdir. Ancaq Ermənistan o zaman təcriddən çıxacaq ki, KTMT-dən çıxacaq, Rusiya ilə ittifaqını ləğv edəcək, ABŞ-ın dəstəyi ilə Türkiyə və Bakı ilə sülh sazişləri imzalayacaq”, deyə Çernışevski bildirib.

Rusiyalı siyasətçi etiraf edib ki, bu, Ermənistan üçün çox çətin bir yoldur. Amma Çernışevski şübhə etmir ki, sonda Rusiya Cənubi Qafqazdan tamamilə çəkilməli olacaq:

“İmperiya çökməlidir ki, xalqlar bir-biri ilə əməkdaşlıq edə bilsin. Cənubi Qafqazın sülh yoluna keçməsi üçün Ermənistanın türk qonşuları ilə razılığa gəlməsi vacibdir”, deyə rusiyalı siyasətçi öz fikirlərini yekunlaşdırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar