Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Cənubi Qafqazda aktivliyini artırır

Townhall: Kreml Ermənistan üzərindən regiondakı nüfuzunu bərpa etməyə çalışır...

Poliqon xəbər verir, Amerikanın “Townhall” nəşri yazır ki, Ukraynadakı müharibə və postsovet məkanında güc balansının dəyişməsi fonunda Rusiya Cənubi Qafqazda, xüsusilə də Ermənistanda aktivliyini artırır. Məqsəd – tərəfdaşlarla zəifləyən əlaqələrə baxmayaraq, bölgədəki təsirini bərpa etməkdir.

Mənbənin məlumatına görə, Rusiya Ermənistandakı Gümrü hərbi bazasına əlavə qüvvələr yerləşdirib. Ukrayna hərbi kəşfiyyatı bu addımı “qlobal təhlükəsizlik mühitini qeyri-sabitləşdirmək strategiyasının tərkib hissəsi” kimi dəyərləndirir. Kəşfiyyat rəsmisi Andrey Yusov bildirib ki, Moskva qonşu ölkələri hərbi təxribat və ya çevriliş təhlükəsi ilə qorxudur.

Məqalədə qeyd olunur ki, 2022-ci ildən sonra Rusiya ilə Ermənistan arasındakı münasibətlər ciddi şəkildə soyuyub. Əvvəllər Rusiyanın müttəfiqi sayılan Ermənistan indi daha müstəqil xarici siyasət yürüdür. Kreml üçün isə baş nazir Nikol Paşinyanın 2018-ci ildə xalq etirazları nəticəsində hakimiyyətə gəlməsi və yürütdüyü kurs narazılıq doğurur.

Townhall bildirir ki, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın sabitliyi və müstəqilliyinin qorunması ABŞ və onun tərəfdaşları tərəfindən daha çox diqqət tələb edir. Nəşrin fikrincə, Avropa, Asiya və Yaxın Şərq arasında strateji mövqedə yerləşən regionda sabitliyi pozan qüvvələrin qarşısı alınmalıdır. “Region ölkələrinin suverenliyi və müstəqilliyi prioritet olmalıdır”, – deyə “Townhall” qeyd edir və ABŞ-ı regiondakı təhlükəsizlik balansının qorunmasında daha fəal olmağa çağırır.

Müəlliflərin qənaətinə görə, Rusiyanın Ermənistandakı nüfuzunu bərpa etməsi lokal deyil, Kremlın daha genişmiqyaslı geosiyasi strategiyasının bir hissəsidir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay