Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Avropaya qaz tədarükünü rekord həddə azaldacaq

Gələn həftə Rusiya Avropaya qaz tədarükünü tarixi minimuma endirəcək...

Buna səbəb Rusiyanın qaz inhisarçısı “Qazprom”un “Türk axını” qaz kəmərini texniki xidmət üçün dayandırdığını elan etməsidir.

Poliqon bu barədə BBC-yə istinadən xəbər verir.

Qazprom”un Telegram kanalında yaydığı mesajda qeyd olunur ki, “Türk axını” qaz kəmərinə planlı illik texniki qulluq iyunun 5-dən 12-dək aparılacaq. Bu müddət ərzində kəmərin hər iki xətti ilə qaz nəqli dayandırılacaq.

Beləliklə, Ukrayna ərazisindən tranzit Rusiya qazının Avropa İttifaqına çatdırılması üçün yeganə marşrut olaraq qalacaq.

Qeyd edilir ki, bu ciddi problem olmayacaq. Çünki Avropa artıq “Qazprom” qazına alternativ tapıb. Əvəzində “Qazprom” özü üçün ən böyük bazar olan Avropaya alternativ tapmaqda çətinlikm çəkir.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında “Qazprom” “Şimal axını-1” boru kəməri ilə qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. O vaxtdan bəri Aİ Rusiya boru kəməri qazını yalnız Ukrayna və Türkiyə vasitəsi ilə alır.

Hazırda “Qazprom” Ukrayna ərazisindən gündə 35-37 milyon kubmetr, yəni ildə təxminən 13 milyard kubmetr qaz nəql edir. Bu qazın əsas alıcıları İtaliya, Avstriya və Slovakiyadır. Bununla belə, ekspertlərin fikrincə, Ukrayna 2024-cü ildə, Rusiya ilə müqavilə başa çatdıqda və bəlkə də ondan əvvəl qaz tranzitinin dayandırılmasına hazır olmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar