Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus qubernatorun oğlu İtaliyada ev dustaqlığından necə qaçıb?

İtaliya polisi Rusiya qubernatorunun oğlunun qaçmasının təfərrüatlarını açıqlayıb...

İtaliya penitensiar polis əməkdaşlarının həmkarlar ittifaqının baş katibi Aldo Di Qiakomo bildirib ki, ev dustaqlığından qaçan Artem Ussun ələ keçiriləcəyinə inanmır.

Poliqon xəbər verir ki, Aldo Di Qiakomo bu barədə “RİA Novosti” Agentliyinə bildirib. Di Qiakomo həmçinin Rusiya qubernatorunun oğlunun ev dustaqlığından qaçmasının təfərrüatlarını da açıqlayıb.

“Əminəm ki, onu bir daha tapmayacaqlar. Belə addımı atan adam çarəsizlikdən atmaz. Fikrimcə, o, hər şeyi təşkil etməyi bacarıb”, deyə Di Qiakomo bildirib.

Qiakomo əlavə edib ki, Ussun harada olması barədə məlumat ötürən bilərziyi sındırmaq heç də çətin deyil. Belə qurğular evin içərisində mərkəzi konsola qoşulur və müəyyən bir diapazona malikdir. Bununla belə, Di Qiacomonun sözlərinə görə, sistemin deaktiv edilməsi ehtimalı var.

“Braslet polisi xəbərdar edəndə, onların gəlməsinə orta hesabla yeddi dəqiqə vaxt lazımdır. Çox vaxt həbs olunan şəxsin səhvindən və ya texniki nasazlıqdan danışırıq, məsələn, məhbus iti gəzdirmək üçün həyətə çıxmaq istəyirsə, bilərzik həyəcan siqnalı verir. Milanda, yeddi dəqiqədən sonra elə bir məsafəni qət etməyə vaxtınız olacaq ki, sizi tapmaq mümkün olmayacaq, xüsusən də pulunuz və hazırlığınız varsa”, deyə polis nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Krosnayrask qubernatoru Aleksandr Ussun oğlu Artyom Uss sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunub. Martın 21-də İtaliya məhkəməsi onu ABŞ-a təhvil vermək haqqında qərar verib. Bundan sonra isə Uss ev dustaqlığından qaçıb. Hazırda İtaliya polisi onu axtarır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar