Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus cəmiyyəti uzunmüddətli müharibəyə hazırdır?

Nə Rusiya ordusu dağılır, nə də rus xalqı ayağa qalxır...

Politoloq: “Hazırda Rusiya cəmiyyəti itkilərə hazırdır və onları itkilər deyil, Rusiyanın qalib gəlməsi daha da maraqlandırır”.

Rusiya döyüşür və Vladimir Putin üçün bu müharibə vətən uğrunda deyil, şəxsi prinsiplərin məsələdir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə müharibə başlanan andan Rusiya üçün verilən proqnozların özünü doğrultmamasını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya-Ukrayna müharibəsi başlanan andan Rusiya ilə bağlı bir neçə proqnoz verildi. Rusiya ordusunun dağılacağı, əhalinin Putinə qarşı çıxacağı deyildi. Amma göründüyü kimi nə Rusiya ordusu dağılır, nə də rus xalqı ayağa qalxır. Proses də Putinin istədiyi kimi Rusiya cəmiyyətində davam edir.

Bəs rus cəmiyyəti uzunmüddətli müharibəyə iqtisadi, sosial və psixoloji cəhətdən hazırdır?

Mövzunu PİA.az-ın Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Rus xalqı üçün itki və sosial durum önəmli görünmür”.

Rus xalqından ədalət və humanizm uğruna fədakarlıq gözləmədiyini vurğulayan politoloq əlavə edib ki, onlar Ukraynalıları yolunu azmış, nasist hesab edirlər, amma əslində özləri bu yolu tuitublar:

Rusiya Ukraynada döyüşərək ordusunu komplektləşdirir və yeni ordu qurur. Ukraynanın şərqində Rusiyanın müəyyən üstünlüklər qazanması əsasən aparılan işin nəticəsidir.

ABŞ Ukraynaya hücum silahları çatdırmasa, proseslər Kremlin leyhinə işləyə bilər. ABŞ-da silahları ünvanına gec çatdırır. Bu da Rusiyanın güclü müqaviməti ilə üzləşən Ukrayna əsgərlərinin döyüş qabiliyyətinə mənfi təsir edir.

Ümumi götürdükdə Şərq Cəbhəsində təşəbbüs qismən Rusiyanın əlindədir. Ukrayna da öz müdafiə xəttini var qüvvəsi ilə qoruyur. Ukraynanın hazırda aktiv hücum əməliyyatı yazda gözlənilir. Amma, yaz ayına kimi Rusiyanın irəliləyişləri mümkündür.

Rusiya döyüşür və Vladimir Putin üçün bu müharibə vətən uğrunda deyil, şəxsi prinsiplərin məsələdir. Rus xalqı da bu prosesdə Putinə öz səssizliyi ilə dəstək verir. Ukraynada Rusiya tərəfindən döyüşən hər bir kəs bəşəriyyətə qarşı döyüşür. Yəni hazırda Rusiya ordusu Ukraynada dünya nuzamını dəyişmək uğrunda döyüşür.

Məhəmməd Əsədullazadə: “Onlar Putini Pyotr kimi qəbul edərək, onun bütün əmrlərinə muti şəkildə tabe olacaqlar”.

Döyüşlərin yeni mərhələsi gözlənilir və Rusiyanın itkiləri qaçılmaz olacaq. Hazırda Rusiya cəmiyyəti itkilərə hazırdır və onları itkilər deyil, Rusiyanın qalib gəlməsi daha da maraqlandırır. Putinin kəşfiyyatı və təbliğat maşını da uzun illərdir ki, Rusiya cəmiyyətində böyük və güclü Rusiya, SSRİ məfhumunu təbliğ edib. Ona görə də onlar Putini Pyotr kimi qəbul edərək, onun bütün əmrlərinə muti şəkildə tabe olacaqlar. Rus xalqından ədalət və humanizm naminə fədakarlıq gözləməyək və onlar Ukraynalıları yolunu azmış, nasist hesab edirlər, amma əslində özləri bu yolu tuitublar.

Rusiya prezidenti öz xalqından arxayındır və qoca ruslarda əlinə silah döyüşməyə hazır görünürlər. Onların əsas təbliğat maşını bu xüsusda formalaşıb. Yalnız hakimiyyət daxilində dəyişiklik edilə bilər. Kim gəlsə, rus xalqı ona tabe olacaq. Rus xalqı üçün itki və sosial durum önəmli görünmür”.

Nərminə UMUDLU
pia.az


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

Ən çox oxunanalar