Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reuters: ABŞ və Rusiya Cenevrədə nüvə silahlarına nəzarəti müzakirə edib...

Danışıqlar mümkün çoxtərəfli sazişin hazırlanmasına start verib...

Cenevrədə ABŞ nümayəndələri Rusiya nümayəndə heyəti ilə görüş keçirərək nüvə silahlarına nəzarət üzrə mümkün çoxtərəfli sazişin hazırlanması ilə bağlı məsləhətləşmələrə başlayıblar.

Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton danışıqlar prosesini davam etdirmək niyyətindədir və artıq 24 fevral tarixində Çin nümayəndə heyəti ilə görüş planlaşdırır. Bundan əvvəl ABŞ Böyük Britaniya və Fransa ilə oxşar ikitərəfli müzakirələri uğurla başa çatdırıb. Dövlət Departamentində bildirilib ki, məsələnin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü səviyyəsinə çıxarılması prosesin məntiqi davamı hesab olunur.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa qlobal təhlükəsizlik məsələlərində xüsusi statusa malikdir və nüvə silahına sahib dövlətlər kimi beynəlxalq sabitlik baxımından mühüm rol oynayırlar.

ABŞ və Rusiya arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirləri nəzərdə tutan son beynəlxalq hüquqi mexanizm olan Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi 5 fevral tarixində qüvvədən düşüb. Saziş nüvə başlıqlarının və daşıyıcı vasitələrin yerləşdirilməsini tənzimləyən əsas mexanizm idi. Müqavilənin müddətinin uzadılmaması ABŞ-nin təşəbbüsü ilə baş verib.

Vaşinqton həmin sazişə Çinin də qoşulmasını təklif etsə də, Rusiyanın Cenevrədəki daimi nümayəndəsi Gennadi Qatilov bildirib ki, əgər ABŞ həqiqətən də Çini nüvə silahlarına nəzarət üzrə çoxtərəfli dialoqa cəlb etmək istəyirsə, o zaman NATO üzrə müttəfiqləri olan Böyük Britaniya və Fransanın iştirakı da nəzərə alınmalıdır. Onun sözlərinə görə, yalnız bütün nüvə potensialına malik əsas tərəflərin prosesə cəlb edilməsi real və balanslı nəticə verə bilər.

Beləliklə, Cenevrədə başlanan yeni məsləhətləşmələr qlobal strateji sabitlik və nüvə silahlarına nəzarət sisteminin gələcəyi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay