ABŞ-də aparılan sorğu göstərib ki, Ukraynaya hərbi dəstəyə respublikaçıların dəstəyi artıb...
Poliqon xəbər verir ki, ABŞ-da Respublikaçılar Partiyasının tərəfdarları arasında Ukraynaya hərbi yardımın və Rusiyaya qarşı sanksiyaların dəstəklənməsi son aylarda artıb. Bu barədə Newsweek jurnalı HarrisX və Harvard tərəfindən birgə keçirilmiş yeni ictimai rəy sorğusuna istinadla məlumat yayıb.
Sorğunun nəticələrinə görə, respublikaçı seçicilərin 73 faizi Ukraynaya silah göndərilməsini və Rusiyaya qarşı sanksiyaların tətbiqini dəstəkləyir. Bu göstərici demokratlar arasında qeydə alınan 72 faiz göstəricini bir qədər üstələyib.
Tədqiqat 1–2 oktyabr tarixlərində 2413 seçici arasında aparılıb və 1,99 faiz statistik səhv payı ilə fərqlənir. Bununla belə, sorğu nəticələri ilin əvvəlində Ukraynaya yardıma daha soyuq yanaşan respublikaçılar arasında fikirlərin dəyişdiyini göstərib.
Analitiklərin fikrincə, dəstəyin artması ABŞ administrasiyasının son aylarda Ukraynaya Rusiya ərazisindəki hədəflərə zərbə endirmək üçün kəşfiyyat məlumatları ötürməsi ilə bağlı xəbərlərin fonunda baş verib.
Ekspertlər qeyd edirlər ki, bu tendensiya Ukraynaya yardım məsələsində partiyalararası fərqin azalmasına və Vaşinqtonun gələcək siyasətinə təsir göstərə bilər.
Poliqon.info