Şənbə, 13 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəcəbovdan Aronyana tutarlı cavab – Foto

Azərbaycanlı qrossmeyster ABŞ-ı təmsil edən erməni şahmatçı Levon Aronyanın təxribatçı açıqlamasına tutarlı cavab verib...

O, erməni şahmatçının öz açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləmək, Xankəndindəki separatçıları ruhlandırmaq və bununla da regionda vəziyyəti daha da gərginləşdirməkdə olduğunu bildirib.

“44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın erməni işğalı altında olan ölkənin yeddi rayonunu azad edəndə Ermənistanı təslim olmağa və tam məğlubiyyətini etiraf etməyə məcbur etdikdə Levon Aronyan susdu. Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndlərin, rayon mərkəzlərinin, qəsəbələrin, şəhərlərin, bütün evlərin, tikililərin xarabalığa çevrildiyini göstərəndə yenə susdu. Aronyan Qafqazın Xirosiması - erməni işğalçıları tərəfindən yer üzündən silinmiş Ağdam şəhəri haqqında heç nə demədi. Dağıdılan və ya tövləyə çevrilən məscid və ibadət yerləri, on minlərlə azərbaycanlının vəhşicəsinə işgəncələrə məruz qalıb öldürülməsi, Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə gətirdiyi misilsiz müsibətlər haqqında inadla susdu. İndi isə danışır. O, “Facebook” profilində erməni təbliğatının və dezinformasiyasının iddialarını sözbəsöz təkrar edərək, Azərbaycana qarşı ittihamlar səsləndirir. O, iddia edir ki, Qarabağ erməniləri “blokadadır, onların nə yeməkləri, nə də dərmanları var”. Ağdam-Xankəndi yolu işləyərkən, keçid məntəqəsi işlək vəziyyətdə olarkən, hər iki istiqamətdə hərəkət edən yüklərə baxış keçirilərkən hansı “blokada”dan söhbət gedə bilər. Məhz Azərbaycanın səyi ilə həm Ağdam-Xankəndi, həm də Laçın-Xankəndi yolları fəaliyyətə başladı. Qarabağ həm dünya ictimaiyyəti, həm də son vaxtlar Ermənistan tərəfindən tanınan Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənən torpağıdır. Orada yaşayan ermənilər isə Azərbaycana inteqrasiya etməlidirlər”, - deyə Rəcəbov qeyd edib.

Eyni zamanda, azərbaycanlı şahmatçı erməni həmkarı ilə müəyən məsələdə razılaşdığını da vurğulayıb.
“Mən tamamilə razıyam, Aronyan, gəlin susmayaq. Gəlin Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı törətdiyi əsl soyqırımdan danışaq. Günahsız və silahsız insanların qətlə yetirilməsindən, qocaların güllələnməsindən, süngüyə sancılan körpələrdən, hamilə qadınların diri-diri yandırılmasından, uşaqların döyülərək öldürülməsindən, dağıdılan şəhər və kəndlərdən, hələ uzun illər təmizləməli olduğumuz minalanmış sahələrdən danışaq. Gəlin səmimi olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etibarının açarıdır. Hər bir yalançı bəyanat şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının reputasiyasına xələl gətirir”, - Rəcəbov vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Əsəblərimi cilovlaya bilmədim, mənə qarşı haqsızlıq edildi" - Video, Yenilənib

Böyrək daşı nədən yaranır? - İndiyə qədər deyilənləri unudun...

İsraildən qalmaqallı açıqlama: Türkiyə NATO üzvü ola bilməz

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

Ərdoğan: Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır

İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub -Yenilənib

Oğuza babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanala düşərək ölüb

Ən çox oxunanalar