Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayon rəhbəri Tərtər Peşə məktəbinin əsaslı təmiri ilə tanış olub - Fotolar

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Peşə Məktəbində aparılan əsaslı təmir işləri ilə tanış olub, məktəbin kollektivi ilə görüşüb...

Məktəbin direktoru Əli Babayev rayon rəhbərinə təmir barədə ətraflı məlumat verib. Bildirib ki, məktəbin 5 mərtəbəli tədris binası 1964-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq heç vaxt əsaslı təmir olunmayıb, yardımçı binalar köhnə tikililər olduğundan böyük əksəriyyəti qəzalı vəziyyətdədir və əksəriyyətinin əsaslı təmirə ehtiyacı var. Uzun illər məktəbdə məcburi köçkünlər məskunlaşdığı üçün məktəb öz görkəmini tamamilə itirmişdi.
Artıq Elm və Təhsil Nazirliyinin xətti ilə “FH” MMC şirkəti məktəbdə əsaslı təmir işlərinə başlayıb və təmir işləri sürətlə davam edir.

Məktəbin 1, 2, 3-cü mərtəbələri tədris, 4 və 5-ci mərtəbələri isə yataqxana üçün nəzərdə tutulub.

Poliqon.info xəbər verir ki, yeni tədris ilində məktəbdə 300 nəfər tələbə tədris keçməklə müxtəlif peşələrə yiyələnəcəklər. Hazırda Tərtər Peşə Məktəbində 22 nəfər-14 ixtisas fənn müəllimi, 8 nəfər isə istehsalat təlim ustası işləyir.

Rayon rəhbəri aparılan təmir işləri ilə tanış olduqdan sonra, təlim təsərrüfat sahəsində istehsalat təlim və təcrübəsi keçən tələbələrin becərdikləri kənd təsərrüfatı bitkilərinə baxıb, görülən işlərlə tanış olduqdan sonra kollektivə öz tövsiyələrini verib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar