Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qriqoryan: KTMT üzvlüyü Ermənistan üçün problemlər yaradır...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ğlkəsinin KTMT-yə üzvlüyü ilə bağlı problemlərdən danışıb...

Poliqon xəbər verir ki. erməni səlahiyyətli bu barədə Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində bildirib.

"Ermənistanın KTMT-yə üzv olması təbii ki, müəyyən problemlər yaradır, lakin bizim digər ölkələrlə əməkdaşlığımızı məhdudlaşdırmır. Biz təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirmək üçün Qərb tərəfdaşlarımızla intensiv işləyirik və bu işi davam etdirəcəyik”, Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi sözlərinə görə, 2020-ci ildən başlayaraq KTMT-nin Ermənistana qarşı heç bir yardım nümunəsi göstərməyib.

“2020-ci ildən indiyədək Azərbaycanın Ermənistana qarşı üç irimiqyaslı hücumu olub və bu hücumlarda KTMT Ermənistana heç bir yardım göstərməyib”, deyə Qriqoryan bildirib.

Qriqoryan qeyd edib ki, buna görə də Ermənistan alternativ axtarır və onlardan biri də Avropa İttifaqının monitorinq missiyasıdır.

“Yalnız Avropa İttifaqının monitorinq missiyasının gəlişindən sonra KTMT Ermənistana yardım təklif etdi. Üç hücumdan sonra bu qondarma hərbi blok Ermənistana faktaraşdırıcı missiya təklif edib. Bu, ən azı, ciddi deyil”, deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi fikrini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar