Britaniyanın müdafiə naziri Qrant Şapps xəbərdarlıq edib ki, ÜDM-nin iki faizini müdafiəyə xərcləməyən NATO ölkələri Qərbin gələcəyi ilə “rus ruleti” oynayırlar...
Poliqon xəbər verir ki, britaniyalı nazir bu barədə The Telegraph qəzeti üçün hərbi ittifaqın 75-ci ildönümü ilə bağlı yazdığı məqalədə bildirib. Müdafiə naziri qeyd edib ki, müttəfiqlər indi “müharibə öncəsi dünyada” yaşadığımızı qəbul etməlidirlər.
Qeyd edək ki, keçən il Fransa və Almaniya daxil olmaqla, təxminən iyirmi il əvvəl tətbiq edilən iki faizlik hədəfə yalnız 11 NATO üzvü çata bilib.
Bu il bu rəqəmin 18-ə yüksələcəyi gözlənilir. Paris və Berlin bu yaxınlarda 2024-cü il hədəfinə çatacaqlarını açıqlasa da, alyansa üzv olan 32 ölkənin heç də hamısı bu qaydaya əməl etmirlər.
“Biz müdafiəmizi gücləndirmək üçün bu hədəfdən kənara çıxmalıyıq. Ancaq bəzi ölkələr hələ də iki faizə də çata bilmir. Bu belə davam edə bilməz. Bizim gələcəyimizlə “rus ruleti” oynamağa imkanımız yoxdur”, deyə Şepps bildirib.
NATO-nun ildönümü ilə bağlı məqaləsində Böyük Britaniyanın müdafiə naziri yazıb: “NATO-nun keçmişinə hörmət etmək kifayət deyil. Bu gün biz bir daha təcili olaraq alyansın gələcəyi haqqında düşünməliyik. Biz müharibədən sonrakı dünyadan müharibə öncəsi dünyaya keçmişik”.
Poliqon.info