Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: Toxluca qədim tarixə malik yaşayış məntəqəsidir    

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib...

Poliqon xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Vəliyev olub.

O, anadan olduğu Çəmbərək rayonunun Toxluca kəndindən söhbət açıb. Bildirib ki, kənd rayon mərkəzindən sonra Çəmbərəkdə ən böyük yaşayış məntəqəsi olub.

Alim söyləyib ki, qərbi azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. Toxlucanın adı XVIII əsrə aid “İrəvan əyalətinin icmal dəftəri”ndə, XIX əsrə aid statistik məlumatlarda, siyahıyaalmalarda qeyd olunub, onun sakinlərinin sayı barədə ətraflı məlumat verilib. Üç tərəfdən Ocaq, Kirkitli və Çal dağları ilə əhatə olunan Toxluca kəndinin bünövrəsinin İslam sivilizasiyasının Qafqazda təşəkkülü dövründə - VII əsrdə qoyulması da ehtimal edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Toxluca qədim tarixə malik yaşayış məntəqəsidir.

O.Vəliyev ötən əsrin əvvəlindən başlayaraq ermənilərin Qərbi Azərbaycanda soydaşlarımızı dəfələrlə soyqırımı və deportasiyalara məruz qoyduğunu dilə gətirib. Qeyd edib ki, azərbaycanlılara münasibətdə ayrı-seçkilik sovet illərində ən müxtəlif formalarda davam etdirilib. Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu əllərindən alıblar. Azərbaycan türklərinə məxsus tarixi abidələrin, o cümlədən qədim alban məbədlərinin ermənilər tərəfindən özününküləşdirilməsi adi hal alıb.

O, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına, soydaşlarımızın geriyə qayıtmaq hüququna da toxunub. Vurğulayıb ki, mümkün sülh sazişi Cənubi Qafqazın xilası olacaq. Alimin qənaətincə, qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı bu coğrafiyada əmin-amanlığı, inkişafı təmin edəcək.

Qeyd edək ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Ətraflı “Baku TV”nin süjetində:

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay