Bazar, 01 Oktyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarına Ukraynada döyüşməyi qadağan edib

Ukraynaya qarşı qərar...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qarşı çıxıblar.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Qırğızıstanın Rusiyadakı səfirliyi sentyabrın 21-də öz vətəndaşlarının xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib. Rusiyada yaşayan və hər hansı hərbi əməliyyatlarda iştiraka çağırılacaq Qırğızıstan vətəndaşlarına dərhal öz ölkəsinin diplomatik nümayəndəliyi ilə əlaqə saxlamaları tövsiyə olunur.

Müharibəyə gedənlər 5 ildən 10 ilə qədər həbs riski ilə üzləşir, əmlakının müsadirə olunması da mümkündür. Özbəkistan və Qazaxıstan hakimiyyəti də bir gün əvvəl oxşar mövqedən çıxış edib.

Özbəkistanın Rusiya Federasiyasındakı səfirliyi bildirib ki, o, həmvətənlərini cinayət məsuliyyəti müəyyən edilmiş xarici dövlətlərin ərazisində könüllü batalyonların yaradılmasına və/və ya hərbi əməliyyatlarda iştirakına qarşı xəbərdar edir.

pia.az


Etiket: KTMT Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Araik yaxın günlərdə Bakıya gətiriləcək - Polkovnik açıqlandı 

Azərbaycan Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub - Yenilənib

Movses Akopyan: “Azərbaycan məni də tələb edəcək”

Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video

Şərafət Həsənov açıqladı: Vətənin igid oğlu Riad Əhmədov necə şəhid oldu? - Video

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

Kəlbəcərdə şəhid olan əsgərimiz harada dəfn olunacaq?

31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib - Yenilənib

Milli Qəhrəman Riad Əhmədovun adını indi nəvəsi daşıyır - Video

Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb

Türkiyə XİN: "Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir" - Yenilənib

Ən çox oxunanalar