Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda “2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirildi

31.01.2023-cü il tarixində Lökbatan qəsəbəsi, Ə.Əmirov adına Mədəniyyət Sarayında “Heydər Əliyev ili” çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə “Heydər Əliyev - Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş geniş tədbir keçirildi...

PİA.az xəbər verir ki,tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ RİH başçısı yanında Şura üzvləri, aparatın əməkdaşları, Vətən Müharibəsi iştirakçıları, rayon ərazisində xidmət edən hərbi qulluqçular və əsgərlər, rayon gəncləri iştirak edirdilər.

Ə.Əmirov adına Mədəniyyət Sarayının foyesindəki Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çələngi qoyuldu və rayon gənclərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Tədbir Azərbaycan himninin sədaları altında başladı, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayonda keçirilmiş gənclər siyasətini əhatə edən videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk Mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihələrin hər birinin ana xəttində isə azərbaycançılıq məfkurəsi dayanıb. Həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmi 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi. Nitqinin yekununda gəncləri təbrik etdi, fəaliyyətlərində uğurlar arzuladı.
Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğuladı.

Millət vəkili Səbinə Xasayeva Azərbaycan gənclərinin beynəlxalq hərəkatdakı rolundan və dövlətimizin apardığı gənclər siyasətindən danışdı.

YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev Ulu Öndərimizin yaratdığı partiyada gənclərə göstərilən diqqət və qayğı haqqında danışdı, hazırda partiya üzvlərinin əksəriyyətinin gənclərdən ibarət olduğunu qeyd etdi.

Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gənclər siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral - Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 26 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilmiş tədbirlər barədə qısa məlumat verdi.

Qarabağ qazisi Şəmsəddin Qurbanlı Vətən müharibəsində keçdiyi qəhrəmanlıq yolundan bəhs edərək gənclərimizin vətənpərvərlik ruhunda inkişaf etməsini tövsiyə etdi.

Tədbirin sonunda gənclər sahəsi üzrə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 15 nəfər gənc icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundular.

Yeni Azərbaycan Partiyasına daxil olan bir qrup gəncə partiya biletləri təqdim edildi.

Tədbir rayon özfəaliyyət kollektivlərinin konsert proqramı ilə yekunlaşdı.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar