Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda qanunsuz tikintilərə kim nəzarət edir?

Son günlər Qaradağ rayonu ilə bağlı müxtəlif şikayətlərin artdığı bildirilir...

Xüsusilə Lökbatan qəsəbəsi, 1-ci massiv ərazisində yaşayan bəzi sakinlər tərəfindən redaksiyaya daxil olan müraciətlərdə torpaq məsələləri ilə bağlı narazılıqlar ön plana çəkilir.

Poliqon Bizimesr.az portalına istinadən xəbər verir ki, müraciətlərdə əsas diqqət çəkən məqamlardan biri Qaradağ Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müavini, eyni zamanda Ərazi-təşkilat məsələləri sektorunun müdiri Həsənov İmran Elman oğlunun adı ilə bağlı səsləndirilən iddialardır.

Sakinlərin sözlərinə görə, ərazidə torpaq sahələrinin satışı zamanı məhz bu şəxs və onunla əlaqəli olduğu iddia edilən şəxslər tərəfindən vətəndaşlara tikinti üçün bütün lazımi icazələrin alınacağı və heç bir problemin yaranmayacağı vəd edilib. Lakin daha sonra həmin torpaq sahələrində tikinti işlərinə başlanıldıqda, guya icazənin olmadığı əsas gətirilərək söküntü işlərinin aparıldığı qeyd olunur.

Şikayətçilər iddia ediblər ki, sonradan məsələni həll etmək üçün yenidən müxtəlif məbləğlərdə pul tələb olunur və bu vəsait müqabilində rəsmi sənədlərin təqdim ediləcəyi bildirilir.

Qeyd olunan iddialarla bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. 

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay