Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıq müzakirə edilib

Noyabrın 20-də Qaradağ Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıq məsələlərinə dair rəhbər şəxslərin, təsərrüfat xidmətlərinin, səhiyyə və təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib...

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, noyabrın 15-dən ölkədə istilik mövsümü başlayıb və rayonda fəaliyyət göstərən kommunal xidmət strukturları bu mövsümə tam hazır olmalıdırlar. Qeyd edilib ki, müvafiq qurumlar qış aylarında yarana biləcək problemləri dərhal və operativ şəkildə həll etməlidir, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı və lazımi invertar ehtiyatı yaradılmalıdır.

Qış mövsümünə Qaradağ rayonunda hazırlıq ilə bağlı görülmüş işlərlə bağlı məruzə ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov çıxış etdi.

Daha sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov və digər natiqlər qışa hazırlıqla bağlı aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edildiyini və müvafiq tapşırıqların verildiyini bildirdilər. Qeyd edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müşavirədə çatışmamazlıqların aradan qaldırılması, hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın toplanması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verildi.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar