Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”-“Qalatasaray” matçı üçün ekspres marşrutlar təşkil edildi

“Qarabağ” və “Qalatasaray” futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə martın 26-da metronun “Qara Qarayev” stansiyası və Səməd Vurğun bağını (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, ekspres xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək. Ekspres xətt üzrə sonuncu avtobus 19:30-da metronun “28 May”, 19:45-də “Qara Qarayev” stansiyasından Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına hərəkət edəcək.

Oyun bitdikdən sonra azarkeşlərin stadionun İctimai Nəqliyyat Terminalından metronun “Qara Qarayev” və “28 May” stansiyaları (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək.

Azarkeşlərdən xahiş edilib ki, oyun bitdikdən sonra İctimai Nəqliyyat Terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar