Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ haqda animasiya filmləri çəkilir

2022-ci il ərzində Mədəniyyət Nazirliyi müxtəlif mövzulu və metrajlı filmlərin istehsalı ilə bağlı müsabiqələr elan edəcək. Bu müsabiqələr nəticəsində qalib olan layihələrin animasiya və Qarabağ mövzusunda olacağı da istisna deyil. Bu barədə  Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, ötən il müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.

"Bu 11 filmdən 2-si animasiya filmidir. Qeyd edək ki, bu filmlərdən biri "Qarabağ nağılı", digəri isə "Tarix" adlanır. "Qarabağ nağılı" adlı layihə "Birlik" studiyasının istehsalıdır. Filmin rejissoru və ssenari müəllifi Firəngiz Qurbanovadır. Film zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir. Ata övladına xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır.

"Tarix" filminin rejissoru Ceyhun Türksoy, ssenari müəllifi Orxan Behbiddir. Film "OB film" studiyasının istehsalıdır. Film Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən balaca oğlan haqqındadır.

Hər iki film bu ilin ilk yarısında təhvil veriləcək, daha sonra isə azyaşlı tamaşaçılara təqdim olunacaq", – deyə əlavə edilib. (Trend)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar