Cümə axşamı, 30 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin yeni hücuma hazırlaşır - Cəbhədə daha çox qüvvə tətbiq olunacaq…

Rusiyada səfərbərlik yazda, yeni hücumlar isə fevral-mart aylarında başlaya bilər…

Kreml rus qoşunlarının döyüş meydanında təşəbbüsü bərpa etməyə qadir olduğunu nümayiş etdirmək istəyir.

PİA az xəbər verir ki, bu barədə Bloomberg-in məlumatında bildirilir.

Ukraynaya bir neçə həftə davam etməli olan genişmiqyaslı işğalın başlamasından təxminən bir il sonra Kremlin rəhbəri Vladimir Putin Rusiya Silahlı Qüvvələri ni yeni hücuma hazırlayır.

“Bloomberg” Rusiya rəsmilərinə istinadən yazır ki, Rusiya prezidenti həmçinin ölkəsini ABŞ və müttəfiqləri ilə uzunmüddətli qarşıdurmaya da hazırlayır. Nəşr hesab edir ki, Putin müharibənin bir neçə ildavam edəcəyini gözləyir.

Qeyd edilir ki, Kreml rus qoşunlarının döyüş meydanında təşəbbüsü bərpa etməyə qadir olduğunu nümayiş etdirmək istəyir. Beləliklə, Rusiya Ukraynanı və müttəfiqlərini işğal olunmuş ərazilərdə Rusiyanın təhlükəsizliyini təmin edəcək bir növ sülhə sövq etmək üçün onlara təzyiq etmək istəyir.

Mənbələr nəşrə bildiriblər ki, Putin öz silahlı qüvvələrinin zəifliyini inkar etmir. İşğalçıların cəbhədəki daimi uğursuzluqları Kremldə çoxlarını öz ambisiyalarını reallaşdırmasına imkan yaradıb. Moskvada indi etiraf edirlər ki, hətta indiki cəbhə xəttini saxlamaq da uğur olardı.

Vladimir Putin əmindir ki, müharibədə daha böyük qüvvələrdən istifadə Rusiyaya qalib gəlməyə imkan verəcək. O, artıq orduda on minlərlə itkilərin olmasını da qəbul etməyə hazırdır.

Rusiya güc strukdurlarındakı mənbələrə görə, rus qoşunlarının hücumunun bərpası fevral-mart aylarında başlaya bilər. Bununla belə, Kiyev də özünə məxsus yeni əks-hücum planı hazırlayır.

Bloomberg hesab edir ki, yazda Rusiyada yeni səfərbərlik dalğası başlaya bilər.

Xatırladaq ki, yanvarın 26-da Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının Zaporojyeyə hücum etmək gücündə olmadığını bildirmişdi. Rus ordusu bu istiqamətdə müdafiəni yarıb keçmək üçün güclü zərbə qrupu yarada bilməməsi isə Putinin vəziyyətinin heç də ürəkaçan olmadığından xəbər verir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Heydərovun strateji məğlubiyyəti – Bu obyektlər nazirlikdən alındı - Siyahı

2023-cü ildə bəxtləri ən çox gətirəcək 5 bürc

Yeni nəzarətə götürdüyümüz ərazilər – Xəritə

Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in hekayəsi

Ordumuz 1 kilometr irəlilədi, ruslar çıxarmağa çalışır

Əcaib qaydalar - Azərbaycana sərmayə gətirən əcnəbilər necə mane olunur?..

"Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə

İşsizlikdən şikayətlənən "Moşu"ya vəzifə verildi

Prezidentin yüksək vəzifə verdiyi Mikayılov kimdir? – Dosye

Ən çox oxunanalar