Vaşinqtonun xüsusi nümayəndəsi ilə Putinin beşinci görüş 2 saat 50 dəqiqə davam edib...
Poliqon "Aqentstvo Novosti" nəşrinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında növbəti görüş başa çatıb. “İnterfaks”ın məlumatına görə, görüş təxminən 2 saat 50 dəqiqə davam edib ki, bu da əvvəlki görüşlərlə müqayisədə daha qısadır.
Kremlin mətbuat xidməti görüşün saat 11:50-də başladığını açıqlayıb. İlk məlumatlar isə 14:40-da “İnterfaks”ın Teleqram kanalında dərc olunub. Bu, Putinin Uitkoffla 2025-ci il ərzində artıq beşinci görüşüdür.
Əvvəlki görüşlərin müddətləri belə olub:
11 fevral – Kremlin ev sahibliyi etdiyi ilk görüş üç saat davam edib (The Washington Post).
13 mart – Moskvada baş tutan görüşün müddəti açıqlanmayıb.
11 aprel – Sankt-Peterburqda keçirilən görüş təxminən 4,5 saat çəkib (RIA Novosti).
25 aprel – Moskvada baş tutan görüş üç saat davam edib (Putinin köməkçisi Yuri Uşakov).
Uitkoffun bu dəfəki Moskva səfəri, ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi ultimatumun müddətinin başa çatmasına iki gün qalmış baş tutub. Ultimatumun şərtinə görə, 8 avqusta qədər Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunmalıdır. Əks halda, Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə hədələyib.
Poliqon.info