Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin son çıxışında Azərbaycana və Ermənistana hansı mesajları verdi?

Rusiya prezidenti Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Azərbaycan və Ermənistanla bağlı bir çox ciddi məqamlara toxunub...

Siyasi-şərhçi: “Putinin açıqlaması heç də o anlama gəlmir ki, o münaqişənin bitdiyinin anonsunu verir. Əksinə, Putin anons verir ki, Azərbaycanla Ermənistan arasında faktiki olaraq heç bir sülh prosesi yoxdur”.

“Putin əsla onu demək istəmirdi ki, problemin beynəlxalq çərçivədə həlli qalmayıb və artıq məsələ həll olunub. Əsla Putin belə demədi. Rusiya məsələnin həll olunmuş hesab etmir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiya prezidentinin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında AzərbaycanErmənistanla bağlı dediyi fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib ki, Ermənistan məlum münaqişədən sonra Azərbaycanın 7 rayonuna da nəzarət edirdi. Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon – KəlbəcərLaçın faktiki olaraq Ermənistanın və Qarabağın (qondarama qurumun - red.) yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, lakin biz 10-15 il onları razı salmağa çalışdıq. Müxtəlif variantlar ortaya çıxdı, amma nəticədə “nə edəcəksiniz” sualımıza bu cavabı verdilər - döyüşəcəyik. Nəhayət, hər şey indi yaranmış vəziyyətə gəldi. Daha sonra Putin “Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”, deyə əlavə edib.

Putin indiki məqamda bu cür açıqlama ilə hansı mesajları verdi? Demək olarmı ki, Moskva artıq Qarabağ münaqişəsinin başa çatdığını və problemin beynəlxalq çərçivədə həllinin qalmadığını qəbul edib?

Putinin indiki fikirlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Putin yalan deyirsə, dünən Azərbaycan hakimiyyəti ani reaksiya verərək, bunu təkzib etməli idi. Hələ bu saata qədər heç bir təkzib yoxdur”.

Paşinyanın Rusiya zəifləyib və Moskva Cənubi Qafqazda qala bilmir, dediyini xatırladan ekspert bildirib ki, əslində, Putinin cavabı Paşinyanın açıqlamasına münasibət idi:

“Putinin açıqlaması heç də o anlama gəlmir ki, o münaqişənin bildiyinin anonsunu verir. Əksinə, Putin anons verir ki, Azərbaycanla Ermənistan arasında faktiki olaraq heç bir sülh prosesi yoxdur, bu yalnız müharibədir. Əvvəl bu müharibədə ermənilər üstünlük əldə etmişdi, indi də Azərbaycan qismən üstünlük əldə edib. Rusiya Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, bununla da Paşinyanı ictimai rəydə gözdən salmağa çalışırlar. Ermənsitan əhalisinə və Ermənistandakı Rusiya tərəfdarlarına mesaj verirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımamışıq, fakt Paşinyan tanıyıb. Yəni, istəyirsinizsə, hələ vəziyyəti bərpa edib, reallığı dəyişmək olar. Hakimiyyəti götürün. Putin faktiki olaraq bu mesajları verir.

Digər tərəfdən, Putin Azərbaycan hakimiyyətini gözdən salır. O dedi ki, guya Azərbaycan nə vaxtsa, həm keşmiş Dağlıq Qarabağ muxtar vilayətini, həm də Azərbaycanın iki rayonu - KəlbəcərLaçını Ermənistana verilməsini təklif edib. Bunu Putin yalan deyir, düz deyir deyə bilmərəm. Amma hər halda, Putin yalan deyirsə, dünən Azərbaycan hakimiyyəti ani reaksiya verərək, bunu təkzib etməli idi. Hələ bu saata qədər heç bir təkzib yoxdur. Ya bu rəsmi şəkildə təkzib olunmalıdır, ya da faktiki olaraq, belə çıxacaq ki, Putin düz deyir. Yəni Azərbaycanın keçmiş Dağlıq Qarabağ muxtar vilayəti ərazisindən və Kəlbəcər, Laçın da daxil olmaqla özünün ərazilərindən imtina etməyə hazır olub.

Ərəstun Oruclu: “Putinin fikirlərini onun emisarları həm Paşinyana, həm də Əliyevə hər hansı bir şəkildə çatdıracaq”.

Putin 10-15 il söhbətini də elə belə demir. Onun dediyi müddət İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Görünən budur ki, Putin həm Ermənistanda, həm də Azərbaycanda mövcud olan hakimiyyətləri həftədə alır, təhdid edir. Putin nə istədiyini təbii ki, açıq şəkildə deməyəcək. Putinin fikirlərini onun emisarları həm Paşinyana, həm də Əliyevə hər hansı bir şəkildə çatdıracaq. Düşünürəm ki, Putinin niyyəti bu idi.

Putin əsla onu demək istəmirdi ki, problemin beynəlxalq çərçivədə həlli qalmayıb və artıq məsələ həll olunub. Əsla Putin belə demədi. Rusiya məsələnin həll olunmuş hesab etmir. Çünki məsələ həll olunmuş olduğu halda, Rusiya ən azı Qarabağın dağlıq hissəsindəki sülhməramlı adlandırılan hərbi kontingentini çıxarmış olardı. Ən pis halda isə Ermənistandakı 102-ci hərbi bazasını çıxmamış olardı. Bu isə Rusiyanın Cənubi Qafqazdan getməsi deməkdir.

Əslində, Putinin cavabı Paşinyanın açıqlamasına münasibət idi. Paşinyan demişdi ki, Rusiya zəifləyib və Moskva Cənubi Qafqazda qala bilmir, gedəcək. Putin də bu şəkildə ona cavab verdi. Dediyim kimi hələlik səsləndirilən fikirlər hər iki tərəfin hakimiyyətinə təhdid idi. Onun tələbləri də Bakıya və İrəvana çatdırılacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Ən çox oxunanalar