Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin özünün idarə etdiyi “Mercedes”lə Krım körpüsündən keçib

Rusiya prezidenti özünün idarə etdiyi “Mercedes” markalı avtomobillə bir neçə ay əvvəl partladılan Krım körpüsündən keçib…

PİA.az Rusiya mətbuatına əsasən xəbər verir ki, o, həmçinin avtomobildə baş nazirin müavini Marat Xusnullinin körpünün bərpası ilə bağlı hesabatını dinləyib.

“Biz sağ tərəfdən sürürük. Körpünün sol tərəfi də, mən başa düşdüyüm qədər, işlək vəziyyətdədir, amma buna baxmayaraq, sol tərəfdə partlayışın izləri qalıb. Sol tərəf də təmir olunmalı və tamamlanmalıdır. Biz körpünü ideal vəziyyətə gətirməliyik”, deyə yayılan videoda Putin bildirir.

Cavabında isə Xusnullin bildirib ki, körpünün hər iki tərəfi işlək vəziyyətdədir: “Biz ilk günlərdən sol tərəfi səliqəyə salmışıq, gücləndirmişik və orada hərəkətə başlamışıq. Ancaq göstəriş versəniz, onu da elə vəziyyətə gətirəcəyik ki, soldakı kimi olsun”, deyə baş nazirin müavini prezidentə bildirib.

Xatırldaq ki, oktyabrın 8-də Krım körpüsündə yük maşını partlayıb, bundan sonra körpünün dəmir yolu hissəsində yanacaq çənləri yanıb. Partlayış nəticəsində körpünün avtomobil hissəsinin qollarından birinin iki aşırımı uçub. Rəsmi məlumatlara görə, 4 nəfər ölüb. Vladimir Putin körpünün dağıdılmasının müəlliflərini, icraçılarını və sifarişçilərini Ukraynanın xüsusi xidmət orqanları adlandırıb. Onun sözlərinə görə, bu, “Rusiyanın mühüm mülki infrastrukturunu məhv etmək məqsədi daşıyan terror aktı” olub.

Qeyd edək ki, bu partlayışdan sonra Rusiya ordusu müntəzəm olaraq Ukrayna ərazisinə, ilk növbədə enerji infrastrukturuna kütləvi raket zərbələri endirməyə başlayıb. Oktyabrın ortalarına qədər Ukraynanın enerji sisteminin demək olar ki, 50%-i raket zərbələri nəticəsində sıradan çıxıb. Ukraynanın bir çox şəhər və rayonlarının sakinləri işıqsız və susuz qalıb.

Xatırladaq ki, Ukraynaya məsxusu olan Krım yarımadası 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Ən çox oxunanalar