Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: “Ermənistan ordusu haqqındakı mifi darmadağın etdik”


“Ordumuz ən müasir texnika və silahlarla təchiz edilib”


APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda da müasir texnika və silahlar istehsal edilir: “Gözətçi hərbi gəmiləri, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, 100-dən çox döyüş hərbi-nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş üçün pilotsuz aparatlar, ən müasir artilleriya qurğuları, uzaq mənzilli raketlər, yaylım raket sistemləri, əməliyyat-taktiki raket sistemləri alınıb. Bunlar bizim hərbi gücümüzü artırır. Bütün bunları ona görə edirik ki, Azərbaycan ordusu güclü olsun. Çünki dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq işləmir. İşləsəydi, Azərbaycan torpaqları işğaldan azad edilərdi. Beynəlxalq təşkilatların qərarlarının icra mexanizmi yoxdur. Güc amili əsas amil kimi çıxış edir. Ona görə də biz bu siyasəti aparırıq və bu, düzgün siyasətdir. Biz dost ölkələrlə səmərəli əlaqələr nəticəsində dünyanın ən müasir silahlarını əldə etmişik. Bundan sonra da Azərbaycan ən müasir silah və texnika alacaq. Buna nail olmaq üçün dost ölkələrlə əlaqələrimiz və maliyyə resurslarımız var”.

Ali Baş Komandan qeyd edib ki, Azərbaycanda yüksək vətənpərvərlik ruhu mövcuddur: “Ordumuzun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. İki il əvvəl Ermənistan xalqımıza qarşı növbəti təxribat törədib, mülki əhaliyə qarşı təcavüz edilib. Həm hərbçilər, həm mülki əhali şəhid olub. Azərbaycan ordusu işğalçını yerində oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonunun bir hissəsi işğalçılardan azad olundu. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa Azərbaycan ordusu nəzarət edir. Biz ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə xidmət göstəririk, Lələtəpədə, Ağdərə dağlarında bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə böyük üstünlük verir. Aprel döyüşləri şanlı qələbəmizdir. Ordumuz, Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərib. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz Ermənistan ordusu haqqında mifi darmadağın etdik. Onların illərlə yaratdıqları müdafiə xəttini bir neçə gün ərzində darmadağın etdik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Ən çox oxunanalar