Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Paşinyan Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya fikrini qətiləşdirib...

Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı Azərbaycanla bağlı açıq ittihamlar irəli sürdü...

Azər Qasımov: “Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə katibi Ceyms O'Braynın Ermənistana səfəri zamanı ona verilən təminatlardan sonra Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya fikrini qətiləşdirib”.

“Paşinyanın bu oyunu təbii ki, uşaq oyunudur. Belarusu ittiham edib, KTMT-dən çıxmaqla Rusiyanın cavab reaksiyasından qaça biləcəyini fikirləşirsə, yanılır”.

Bu sözləri politoloq Azər Qasımov Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı ittiham irəli sürməsini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı Azərbaycanla bağlı açıq ittihamlar irəlü sürüb və KTMT-dən çıxmaq istəyini də bunla əlaqələndirib. Ardınca Ermənistan Belarusdakı səfirini geri çağırıb.

Nəzərə alsaq ki, Belarus lideri Şuşaya 3 həftə əvvəl səfər edib və 3 il müddətində Paşinyan Belarusa qarşı heç bir ittiham irəli sürməyib, o zaman məhz indi Ermənistanın baş nazirinin KTMT-dən çıxmaq istəyini məhz Lukaşenkonun davranışları ilə əlaqələndirməsi nədən xəbər verir? KTMT-dən çıxmağı artıq elan edən Paşinyan onları Belarusa yönləndirməklə Rusiya ilə münasibətlərdə gərginlikdən qaçmağa hesablana bilərmi?

Ermənistan liderinin növbəti siyasi demarşını Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Görünən odur ki, ABŞ Paşinyanın təhlükəsizliyinə qarantiya verib”.

ABŞ-ın ipi ilə quyuya düşənlərin aqibətinin göz önündə olduğunu bildirən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistanı da eyni aqibətin gözlədiyinə ümid edir:

“Görünən odur ki, Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə katibi Ceyms O'Braynın Ermənistana səfəri zamanı ona verilən təminatlardan sonra Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya fikrini qətiləşdirib. Buna Lukaşenkonu ittiham etməklə start verməsi isə sadəcə bəhanədir. Lukaşenkonun Azərbaycana və onun dövlət başçısına olan münasibəti həmişə bəlli olub. Rusiya Ermənistana “İskəndər-E” balistik raketləri verəndə Belorus da Azərbaycana eyni kateqoriyadan olan “Polonez” raketləri vermişdi.

Lukaşenkonun Azərbaycan-Ermənistan münaqişəsində həmişə Azərbaycana tərəf dayandığı da bəlli idi. O, bu münaqişənin Azərbaycanın torpaqlarını geri qaytarmaqla həll edilməsi barədə Sarkisyanla belə dialoqu hər kəsə bəlli idi. Bir sözlə, Lukaşenkonun Azərbaycanın mövqeyini dəstəklədiyi sirr deyildi. İndi birdən Lukaşenkonun hansısa sözlərini bəhanə gətirib KTMT-dən çıxmaqla bağlı qəti qərar vermək sadəcə bəhanədən başqa bir şey deyildir.

Azər Qasımov: “Əsas odur ki, Paşinyan artıq prosesi başladıb, geri dönüş yolları getdikcə daralır”.

Hələ müharibədən öncə də hər kəsə bəlli idi ki, əgər AzərbaycanErmənistan arasında müharibə olacaqsa, KTMT üzvlərinin Rusiya xaric heç biri bu müharibədə KTMT üzvü kimi Ermənistana dəstək verməyəcək. Təbii ki, Azərbaycan Rusiyanı da müəyyən mənada öz siyasəti ilə neytrallaşdıra bilmişdi.

Paşinyanın bu oyunu təbii ki, uşaq oyunudur. Belarusu ittiham edib, KTMT-dən çıxmaqla Rusiyanın cavab reaksiyasından qaça biləcəyini fikirləşirsə, yanılır. Rusiya buna nə reaksiya verəcək, indiki durumuna görə cavab verə biləcəkmi, bu, başqa məsələdir. Amma əsas odur ki, Paşinyan artıq prosesi başladıb, geri dönüş yolları getdikcə daralır.

Görünən odur ki, ABŞ Paşinyanın təhlükəsizliyinə qarantiya verib. ABŞ-ın ipi ilə quyuya düşənlərin aqibəti göz önündədir. Ümid edək ki, Ermənistanı da eyni aqibət gözləyir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay