Çin XİN rəhbəri: Yaponiya Tayvan məsələsində yanlış yoldan dönməlidir…
Poliqon xəbər verir ki, Çinin xarici işlər naziri Van İ Yaponiyanı tarixi dərindən yenidən dəyərləndirməyə, mövcud siyasətindəki səhvləri aradan qaldırmağa və Tayvan məsələsində “yanlış yoldan əl çəkməyə” çağırıb. “Sinxuaa” Agentliyinin məlumatına görə, Van İ bu sözləri Qırğızıstan, Özbəkistan və Tacikistana səfərindən sonra səsləndirib.
Nazirin sözlərinə görə, Tokio Tayvanla bağlı öhdəliklərini dörd Çin–Yaponiya siyasi sənədində təsbit edib və bu öhdəliklər istər hakim partiya, istərsə də lider dəyişsə belə, dəyişməz qalmalıdır. Van İ xəbərdarlıq edib ki, əgər Yaponiya “səhvlərində israr edərsə”, beynəlxalq ictimaiyyət onun keçmiş hərbi cinayətlərini yenidən gündəmə gətirmək və “yapon militarizminin dirçəlməsinin qarşısını almaq” hüququna malikdir.
Van İ bildirib ki, Qırğızıstan, Özbəkistan və Tacikistan “vahid Çin” prinsipini açıq şəkildə dəstəkləyir, Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu vurğulayır və hər hansı formada Tayvan müstəqilliyinə qarşı çıxırlar. Bu ölkələr Pekinin milli birləşmə siyasətini dəstəklədiklərini bəyan ediblər.
Məlumata görə, Pekinlə Tokio arasında gərginlik son həftələrdə artıb. Buna Yaponiya baş naziri Sanae Takaitinin Tayvan ətrafında mümkün böhranın ölkə üçün “mövcudluq səviyyəsində təhlükə” yarada biləcəyini deməsi səbəb olub. Tokio bu arqumentlə özünümüdafiə hüququna istinad edir ki, bu da Pekində narazılığa səbəb olur.
Poliqon.info