Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Qərblə Rusiya arasında manevrləri... - Moskva İrəvanı cəzalandıracaq?

“Roma statusu” ilə bağlı Rusiyada İrəvana qarşı qəzəb son həddə çatmaqdadır...

Politoloq: “Paşinyanın ABŞ-dan gözləntiləri o idi ki, Azərbaycana sanksiyalar tətbiq edilsin və Azərbaycana təzyiqlər edilsin”.

Ermənistan Rusiya-Ukrayna müharibəsinin ikinci ilini və Rusiyanın başının qarışdığını nəzərə alaraq Ermənistanda Rusiyanın təsirinin azaldılmasına çalışır”.

Bu sözləri politoloq Turan Rzayev Paşinyanın Qərblə Rusiya arasında manevrlərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Paşinyan “Demokratiya naminə” adlı sammitdə özünün 3.5 dəqiqəlik çıxışının böyük bir hissəsini Laçın yolunun “blokadasına”, Qarabağ və Ermənistanın təhlükəsizliyinə həsr edərək həyasızcasına hadisələri təhrif edib. Paşinyan iddia edib ki, guya 2022-ci ilin sentyabrında baş verən döyüşlərdə Azərbaycanın sözdə “təcavüzünün” dayandırılmasında ABŞ mühüm rol oynayıb. Digər tərəfdən isə “Roma statusu” ilə bağlı Rusiyada İrəvana qarşı qəzəb son həddə çatmaqdadır.

Paşinyanın Qərblə Rusiya arasında manevrlərini necə dəyərləndirmək olar və tez-tez cəbhə dəyişən Ermənistan Rusiya tərəfindən ağır şəkildə cəzalandırıla bilər?

Ermənistanın yürütdüyü qeyri-sabit siyasəti Poliqon.info-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Vardanyanın simasında biz faktiki olaraq Ermənistanda Ukrayna ssenarisinin tətbiq ediləcəyini görə bilərik”.

Rusiyanın başının Ukraynaya qarışmasına baxmayaraq Ermənistana cəza verəcək gücə sahib olduğunu xatırladan politoloq Rusiyanın bu cəzanı Ermənistana verəcəyini düşünür:

“Əvvəla, onu qeyd edim ki, Demokratiya Naminə ikinci sammit keçirildi. Ənənəvi olaraq, Bayden bu görüşdə də demokratiya adı altında faktiki olaraq ABŞ-ın imperialist maraqlarını nümayiş etdirdi. Sanki ABŞ bir hegemon ölkə kimi digər ölkələri qarşısında qoyub onlara öyüd-nəsihət verdi.

Ümumiyyətlə, Demokratiya Naminə Sammitdə kifayət qədər mübahisəli məsələlər oldu. Xüsusilə, Ermənistanın demokratik ölkə kimi sammitə dəvət olunması çox absurd yanaşma idi. Çünki Ermənistanda insan haqqları pozuntularına yol verilir, etiraz aksiyalarında saxlanılanlar var, siyasilərə qarşı təqiblərə mövcuddur və sairələr. Amma bu kimi halları ABŞ tərəfi nəzərə almadı.

Nikol Paşinyanın məsələ münasibəti haqqında isə deyə bilərəm ki, Ermənistanın baş naziri ABŞ-ın məsələlərə o qədər də müdaxilə etmək imkanının olmadığını unudur. Yəni, ABŞ Rusiya, Türkiyə kimi regiona birbaşa nəsə edə bilmir. Paşinyanın ABŞ-dan gözləntiləri o idi ki, Azərbaycana sanksiyalar tətbiq edilsin və Azərbaycana təzyiqlər edilsin. Amma Paşinyan unudur ki, Ukrayna-Rusiya müharibəsi fonunda Azərbaycan Avropanın enerji asılılığından xilas edilməsi istiqamətində ABŞ-ın alternativ gördüyü ölkələrdən biridir.

Turan Rzayev: “Ermənistanın və Paşinyanın bu tipli manevrləri faktiki olaraq mövcud reallıqların, 44 günlük müharibə dövründə Azərbaycanın yaratdığı yeni reallıqların manipulyasiya edilməsinə və dəyişdirilməsi hesablanıb”.

Eyni zamanda ABŞ Azərbaycanın tərəfdaşıdır və iqtisadi sahədə mühüm əlaqələrimiz var. Bu gün İran-Azərbaycan gərginliyi fonunda da ABŞ-ın Azərbaycana dəstəyini görürük. Yəni, bütün bu məsələləri nəzərə alsaq deyə bilərik ki, ABŞ hər zaman Azərbaycana ehtiyatla yanaşıb. Bu gün 907-ci düzəlişə ləğvi məsələsi gündəmdədir. Bu da kifayət qədər önəmli bir məsələdir. Düşürəm ki, Azərbaycan buna nail olacaqdır.

Ermənistan Rusiya-Ukrayna müharibəsinin ikinci ilini və Rusiyanın başının qarışdığını nəzərə alaraq Ermənistanda Rusiyanın təsirinin azaldılmasına çalışır. Buna görə də Avropa İttifaqının missiyasını Ermənistana dəvət edib. Amma əslinə qalanda, Ermənistanın və Paşinyanın bu tipli manevrləri faktiki olaraq mövcud reallıqların, 44 günlük müharibə dövründə Azərbaycanın yaratdığı yeni reallıqların manipulyasiya edilməsinə və dəyişdirilməsi hesablanıb. Ermənistan hər zaman olduğu kimi xarici qüvvələrin, xüsusilə ABŞ-ın regiona gəlməsinin tərəfdarıdır.

Onlar bu yolla Azərbaycan üzərində üstünlük əldə etməyə çalışırlar, eyni zamanda da Ermənistanda Rusiyanın təsirinin azaldılmasına çalışırlar. Amma Ermənistanın bu qeyri-sabit siyasəti onlar üçün heç də xoş olmayacaq. Çünki Qərb-Rusiya qarşıdurması Ermənistan cəmiyyətini kifayət qədər qütbləşdirib. Bu da Ermənistanı tədricən vətəndaş müharibəsinə, daha dəqiq desək isə ikinci Ukrayna ssenarisinə doğru aparır.

Turan Rzayev: “Vardanyan Ermənistanın daxili siyasətinə oynayır və ənənəvi erməni siyasətçilərinin içindən yeni bir sima kimi çıxacaq”.

Mümkündür ki, Ermənistan Rusiya tərəfindən cəzalandırılsın. Biz son zamanlar Vardanyanın yenidən aktivləşməsini də müşahidə edirik. Əslində bu aktivləşmə təsadüfi deyil. Mən Vardanyanın Qarabağ üçün deyil, məhz Ermənistan cəmiyyəti üçün hazırlandığını düşünürəm. Sadəcə olaraq Vardanyana təcrübə lazım idi və o bu təcrübəni Qarabağda yığdı. Düşünürəm ki, Vardanyan Ermənistanın daxili siyasətinə oynayır və ənənəvi erməni siyasətçilərinin içindən yeni bir sima kimi çıxacaq.

Vardanyanın simasında biz faktiki olaraq Ermənistanda Ukrayna ssenarisinin tətbiq ediləcəyini görə bilərik. Bu da həm də Ermənistanda vətəndaş müharibəsinə səbəb ola bilər. Digər tərəfdən Rusiya Ermənistana Vardanyan üzərindən sırf siyasi təzyiq də edə bilər. Rusiyanın başının Ukraynaya qarışmasına baxmayaraq Ermənistana cəza verəcək gücə sahibdir. Düşünürəm ki, Rusiya bu cəzanı Ermənistana verəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar