Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın Brüsseldə razılaşdırılmış məsələlərə əməl edəcəyinə inanmıram” - Hafiz Hacıyev

“Ölkədə siyasi vəziyyəti qarışdırmaq üçün Lavrovun Brüssel görüşünə kölgə salan fikirləri bəs edir”

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AzərbaycanErmənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Brüsseldə AzərbaycanErmənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan sayca dördüncü görüşü keçirildi. Üçtərəfli danışıqlarda sülh sazişi, humanitar, sərhəd və kommunikasiyaya dair məsələlərin nəzərdən keçirildiyi bildirilir.

“Sevindirici haldır ki, son görüşümüz zamanı əldə olunmuş razılaşmaların irəliləyişi istiqamətində bir çox addımlar atılıb”, Aİ Şurası Prezidenti Charles Michel-in mətbuat üçün açıqlamasında deyilir.

Brüssel görüşünün nəticələrini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Paşinyanın Putinsiz təkbaşına iş görəcəyinə inanmıram. Ermənistan yenə məsələləri uzadacaq”.

Partiya sədri bildirib ki, Paşinyan Brüssel görüşünü Putinlə məsləhətləşəcək:

“Düşünürəm ki, Prezident Qarabağ məsələsinin həllində çox surətli siyasət həyata keçirir. Laçının azad edilməsi aparılan siyasətə bariz nümunəsidir. Brüssel görüşü də sübut etdi ki, Prezidentin manevr siyasəti Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün aparılan ən uğurlu siyasətdir. Bu uğurlu siyasəti həyata keçirmək üçün də cənab Prezident təkbaşına çalışır və buna da nail olur.

Hesab edirəm ki, Azərbaycan xalqı tam qələbə çalmaq üçün milli birlik olmalıdır. Amma ölkədə hər ağızdan bir avaz gəlir. Siyasi partiyaların çoxu Prezidentin görüşləri barədə normal olmayan açıqlama verirlər. Əgər milli birlik olsa, belə təxribatlara və Rusiyanın təxribatlarına gedilməyəcək. Amma cənab Prezidentin yanında olanlar hələ də ölkəmiz üçün əhəmiyyəti olan məxfi məlumatları Azərbaycanı istəməyən qüvvələrə çatdırırlar. Onlar da çalışırlar ki, razılaşdırılmış bütü məsələləri pozsunlar.

Hafiz Hacıyev: “Cənab Prezidentin yanında olanlar hələ də ölkəmiz üçün əhəmiyyəti olan məxfi məlumatları Azərbaycanı istəməyən qüvvələrə çatdırırlar”.

Qeyd edim ki, Paşinyanın Brüsseldə razılaşdırılmış məsələlərə əməl edəcəyinə inanmıram. Çünki Paşinyan Brüssel görüşünü Putinlə məsləhətləşəcək. Təsadüfi deyil ki, Brüssel görüşündən öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranlı həmkarı ilə görüşəndə açılama verdi ki, AzərbaycanErmənistanın səlahiyyətli nümayəndələrinin Moskvada görüşü olub. Yəni Lavrov Brüssel görüşünə kölgə salmaq üçün ola bilsin ki, məxfi keçirilən görüş barədə açıqlama verdi. Əgər Rusiya imkan versə, Azərbaycan bütün torpaqlarını işğaldan azad edəcək”.

Hafiz Hacıyev onu da vurğulayıb ki, nə qədər Rusiyanın işğalçı qüvvələri Azərbaycandadır biz Qarabağın tam azadlığına asanlıqla nail ola bilməyəcəyik:

“Paşinyanın Putinsiz təkbaşına iş görəcəyinə inanmıram. Ermənistan yenə məsələləri uzadacaq. Ona görə də biz belə ciddi məsələlərdə özümüzü yalana inandırmamalıyıq. Amma partiya olaraq Qarabağ məsələsində hər zaman Prezidentin yanında olmalıyıq. Çünki mən inanıram ki, Putin Prezidentin Brüssel görüşünün tam şəkildə öz həllini tapmasına imkan verə. Lavrov da İranlı həmkarı ilə görüşdə Avropaya dedi ki, onlardan qabaq Moskva bu məsələdə öz işini görüb və göstərişlərini veriblər.

Hələ ki, vəziyyət yaxşı deyil. Nə qədər ki, Rusiyanın işğalçı qüvvələri Azərbaycandadır biz Qarabağın tam azadlığına asanlıqla nail ola bilməyəcəyik. Eyni zamanda Azərbaycan hökumətinin içində olan qüvvələr də imkan vermir ki, Prezident başladığı fəaliyyəti axıra qədər həyata keçirsin. Bütün bunlara görə də vəziyyət yaxşı deyil.

Bildiyimiz kimi qarşıdan seçkilər gəlir. Ölkədə müəyyən siyasi proseslər gözlənilir. Ölkədə siyasi vəziyyəti də qarışdırmaq üçün Lavrovun Brüssel görüşünə kölgə salan fikirləri bəs edir. Artıq bir çox politoloq, siyasi şərhçilər deyirlər ki, Brüssel görüşü boş görüş idi. Amma bu belə deyil. Mə düşünürəm ki, cənab Prezidentin Brüssel görüşü çox uğurlu görüş idi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar