Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Qarageni kilsə rəhbərliyindən uzaqlaşdırmaq üçün hərəkətə keçib

Baş nazir 10 yepiskopla birgə erməni kilsəsinin bərpası üzrə yol xəritəsini təsdiqləyib...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz iqamətgahında 10 yüksək rütbəli din xadimini toplayaraq Erməni Kilsəsinin rəhbəri II Qareginin səlahiyyətlərinin məhdudlaşdırılması və kilsənin bərpası üçün yol xəritəsini əks etdirən bəyanatı imzalayıb.

Bəyanatda xüsusilə vurğulanır ki, kilsə rəhbərinin və yaxın ətrafının davranışı narahatlıq doğurur, onların İncil missiyasından uzaqlaşması, mənəvi həyatda pozuntulara göz yumması və əxlaqi degenerasiya hallarına dözümlülük qəbuledilməzdir. Eyni zamanda, kilsənin siyasi maraqlar və müxtəlif qrup mənfəətləri üçün istifadəsi, kanonlara və dini xidmətin mahiyyətinə zidd hərəkət kimi pislənilib.

Bəyanatda bildirilir ki, kilsənin özbaşına idarə olunması və ayrı-seçkilik halları mənəvi həyatın normal gedişinə mane olub, daxili parçalanmalara səbəb olub və milli mənəvi dəyərlərdən uzaqlaşmağa gətirib çıxarıb. Bu hallar dərin düşüncə və tövbə tələb edir.

Paşinyan və bəyanatı imzalayan 10 yepiskop kilsənin bərpası üzrə koordinasiya şurası yaradaraq onun təşkilati işlərini həyata keçirəcək. Şura, Ermənistan Apostol Müqəddəs Kilsəsinin əsas mənəvi mərkəz kimi gücləndirilməsi və cəmiyyətin dəyərlərinin qorunması məqsədilə praktiki tədbirləri həyata keçirəcək.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay