Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan istefa verir: Ermənistanda nə baş verəcək?

Ermənistan hökumətinin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında baş nazir Nikol Paşinyan istefa vermək niyyətində olduğunu, lakin bu barədə daha konkret bəyanat verəcəyini bildirib

Hökumət iclasını açan baş nazir Paşinyan bu günü "əlamətdar" adlandırıb və Ermənistan Respublikasının "yeni bir tarixi mərhələyə" qədəm qoyduğunu bəyan edib.

"Bunun başlıca mahiyyəti ondadır ki, bu mərhələ nəticəsində biz yazda Ermənistanda baş vermiş qeyri-zorakı məxməri xalq inqilabını başa çatdırmalıyıq. Lakin bu barədə mən daha konkret bəyanatla bu axşam çıxış edəcəm", o deyib.

Baş nazirin istefası hazırkı parlamentin buraxılıb, Paşinyanın tələb etdiyi kimi, dekabrın əvvəlində növbədənkənar seçkilərin keçirilməsinə imkan verir.

Ölkə Konstitusiyasına əsasən, ölkə prezidenti tərəfindən baş nazirin istefası qəbul olunduqda, Ermənistan hökuməti də istefa verir və Milli Məclisdə təmsil olunan fraksiyalar bir həftə ərzində baş nazir vəzifəsinə öz namizədlərini təklif edə bilərlər.

2015-ci ildə qəbul olunmuş Konstitusiyaya görə, hazırkı Milli Məclisin ləğv edilməsinə yalnız baş nazirin istefası yolu ilə nail olmaq mümkündür.

Milli Məclisin ləğv edilib yeni parlament seçkilərinin keçirilməsi zəruriyyəti hazırkı Milli Məclisin "məxməri inqilabdan sonra ölkədə yaranmış siyasi reallığı əks etdirmədiyindən irəli gəlir", bir çox yerli ekspertlər düşünürlər.

İki həftə ərzində namizədliyi irəli sürülən şəxslərin heç birinin seçilmədiyi halda, Milli Məclis buraxılır və növbədənkənar seçkilər prosesi başlanır.

Lakin bir çoxları Paşinyanın necə deyərlər, texniki istefasından sonra onun parlamentdə çoxluq təşkil edən əleyhdarlarının bu plana əməl edəcəyindən şübhələnir və Paşinyanın istefasını "təhlükəli addım" hesab edirlər.

Lakin Paşinyan son həftələr bu məsələ ilə bağlı bütün parlament fraksiyaları ilə razılıq əldə edib.

Parlamentin sayca ikinci "Qaqik Tsarukyan" fraksiyası baş nazir Paşinyanla memorandum imzalayıb və baş nazirin istefasından sonra öz namizədini irəli sürməmək və parlament seçkilərinin dekabrda keçirilməsinə razılıq verdiyini bəyan edib.

Bu arada növbədənkənar parlament seçkilərinə qarşı olan parlamentin sayca ən böyük sabiq hakim Ermənistan Respublikaçılar Partiyası fraksiyasının 16 üzvü Paşinyanın təklifini dəstəkləyib, fraksiya rəhbərliyi isə rəsmi bəyanatında öz namizədini irəli sürməyəcəyini bildirib. Eyni zamanda ERP fraksiyası seçkilərin dekabrda keçirilməsinə qarşı olduğunu bildirib.

Parlamentdə təmsil olunan digər fraksiyalardan "Yelk" ("Çıxış") fraksiyası birmənalı baş naziri dəstəkləyir, Daşnaksutyun isə məsələnin hələ müzakirə olunmadığını bildirir, lakin 5 nəfərdən ibarət bu fraksiyanın prosesə təsir imkanları məhduddur.(müxalifət.az)

pia.az


Etiket: Paşinyan istefa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Ən çox oxunanalar