Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: Ermənsitandakı vəziyyət KTMT-nin nüfuzuna zərbə vuracaq...

Nikol Paşinyan Ermənistandakı vəziyyətin KTMT üçün nəticələrinin olacağını bildirib...

Poliqon xəbər verir ki, Ermənistanın Baş naziri bu barədə CNN primanews-a müsahibəsində danışıb.

Müsahibənin gedişində Ermənistanın Baş naziri ölkəsindəki vəziyyətin KTMT-nin nüfuzuna zərbə vurduğunu və Təşkilatın özü üçün nəticələri olacağını bildirib.

“Bu gün biz elə bir vəziyyətdəyik ki, KTMT-nin fəaliyyətindən müəyyən məyusluq var, çünki KTMT Ermənistanın təhlükəsizliyini təmin etməli olduğu əsas mexanizmdir. Amma 2021-ci ilin may və noyabrında və 2022-ci ilin sentyabrında təcavüzlər zamanı Azərbaycanın Ermənistana qarşı öhdəsinə götürdüyü KTMT-nin düzgün reaksiyası ilk növbədə Ermənistan xalqında müəyyən məyusluq yaradıb, çünki KTMT-nin etibarlı təhlükəsizlik mexanizmi olduğuna inam var idi”, deyə Paşinyan CNN primanews-a müsahibəsində deyib.

Paşinyan bildirib ki, KTMT öz öhdəliklərini yerinə yetirmədiyinə görə İrəvanda keçirilən KTMT sammitində onlar bir sıra fundamental sənədlərin təsdiqini mümkün hesab etməyiblər.

“Mən demək istəyirəm ki, bu, həm də Təşkilata ziyan vurur, çünki göstərilən müddətdə Ermənistanın başına gələnlər, ilk növbədə, KTMT-nin nüfuzuna zərbə vurur. Yəni, bu, Təşkilatın özü üçün müəyyən nəticələr yaradacaq”, deyə Ermənistanın Baş naziri qeyd edib.

Xatırladaq ki, mayın 22-də keçirdiyi mətbuat konfransında Paşinyan bəyan edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması məsələsi aktual olaraq qalır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar