Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris regionda yeni müharibə üçün şərait yaradır...

Fransa Ermənistana NATO silahları göndərir. Bu Parisin NATO və Qərb strategiyasına nə qədər uyğundur?..

Politoloq: “KTMT üzvü Ermənistana NATO-nun aparıcı üzvlərindən birinin hərbi təhcizatların verməsi Şimal Alyansında birmənalı qarşılanmayacaq”.

“Bu məsələyə ABŞ-ın da münasibət bildirməsi vacibdir”.

Bu sözləri politoloq Zaur İbrahimli Fransanın Ermənistanı silahlardərmasının nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftə Fransanın Ermənistana silah ötürməsi ilə bağlı bir sıra faktlar ortaya çıxdı. İddilara görə Fransa hətta, Ermənistana piyada maşınları da verib.

NATO silahlarının Fransa tərəfindən KTMT üzvünə verilməsi və regionda yeni müharibə üçün şərait yaratmağa cəhd edilməsi Parisin NATO və Qərb strategiyasına nə qədər uyğundur və məsələdə Şimal Alyansının mövqeyi necə ola bilər?

Fransanın Ermənistan himayə etməsinin nəticələrini Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Fransa Ermənistanı özünün strateji tərəfdaşı kimi görür və Cənubi Qafqazdakı maraqlarının reallaşmasını Ermənistan üzərindən həyata keçirməyə çalışır”.

Azərbaycanın bu məsələni ciddi şəkildə beynəlxalq müstəvidə qaldırmalı və bu istiqamətdə ciddi diplomatik işləri aparımalı olduğunu vurğulayan politoloq bildirib ki, beynəlxalq arenalarda aparıcı Qərb ölkələrinin ictimaiyyəti üçün də bu informasiya çatdırılmalıdır:

“Bundan əvvəl də Fransanın Ermənistanın xüsusi təyinatlıları ilə təlim keçməsi barədə məlumatlar yayılmışdı. Fransa Ermənistanı özünün strateji tərəfdaşı kimi görür və Cənubi Qafqazdakı maraqlarının reallaşmasını Ermənistan üzərindən həyata keçirməyə çalışır. Bununla belə KTMT üzvü Ermənistana NATO-nun aparıcı üzvlərindən birinin hərbi təhcizatların verməsi Şimal Alyansında birmənalı qarşılanmayacaq.

Hesab edirəm ki, bu məsələ ilə bağlı çox böyük ehtimalla Türkiyə də məsələ qaldıracaq. Çünki faktiki olaraq Azərbaycanla sülh sazişi imzalanmayan Ermənistanın, eyni zamanda Türkiyəyə də ərazi iddiaları var. Ermənistan Türkiyə ilə münasibətlərini normallşadırmaq istədiyinə görə hələ ki, Türkiyəyə etdikləri ərazi iddiaları ilə bağlı yekun qərara gəlməyiblər. Buna görə də hesab edirəm ki, rəsmi Ankara bu məsələni NATO müstəvisində qaldıracaq.

Düşünürəm ki, bu məsələyə ABŞ-ın da münasibət bildirməsi vacibdir. Çünki bildiyimiz kimi Ermənistanda 102 Rusiyanın hərbi baza var. Eyni zamanda Ermənistan hərbi doktrinal olaraq Rusiyanın nəzarətində olan təhlükəsizlik blokunun üzvüdür. Faktiki olaraq da hal-hazırda biz Ukraynada ABŞ-la Rusiyanın üz-üzə gəldiyini görürük. Əslində ABŞRusiya soyuq müharibə vəziyyətindədirlər. Bu baxımdan hesab edirəm ki, Vaşinqton da bu məsələyə diqqət yetirməli və bununla bağlı Fransanın məsuliyyətini vurğulamalıdırlar.

Zaur İbrahimli: “Ciddi beynəlxalq təzyiq olarsa, Fransa bu mövqeyindən geri çəkiləcək”.

Biz son vaxtlar görürük ki, sanki Fransa ABŞ-dan müstəqil siyasət yürütməyə çalışır. Eyni zamanda Fransa Avropanın da siyasi muxtariyyat doktorinasını irəli sürür. Ola bilsin ki, fransızlar bu addımlarını da həmin o doktorinanın içərində əsaslandırmağı çalışacaqlar. Bununla belə istənilən halda birbaşa Rusiyanın təhlükəsizliyinin ətrafında olan, Rusiyanın hərbi bazasının birləşdiyi ölkənin silahlandırılması əlbəttə ki, bütün region üçün təhdid yaradır. Eyni zamanda NATO-nun özünün, hərbi sistemlərinin də təhlükəsizliyini ilə bağlı Fransanın bu addımı ciddi suallar yaradır.

Hesab edirəm ki, Azərbaycan da bu məsələni ciddi şəkildə beynəlxalq müstəvidə qaldırmalı və bu istiqamətdə ciddi diplomatik iş getməlidir. Həmçinin beynəlxalq arenalarda aparıcı Qərb ölkələrinin ictimaiyyəti üçün də bu informasiya çatdırılmalıdır. Hər bir halda Fransanın məsuliyyətini vurğulamalıdırlar. Düşünürəm ki, ciddi beynəlxalq təzyiq olarsa, Fransa bu mövqeyindən geri çəkiləcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar