Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanın müdafiə naziri Talibanla açıq müharibənin başladığını bəyan edib

Xavadja Asif Əfqanıstandakı Taliban hakimiyyətini terroru ixrac etməkdə və Hindistanın təsiri altına düşməkdə ittiham edib...

Poliqon xəbər verir ki, Pakistanın müdafiə naziri Xavadja Asif Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatına qarşı açıq müharibənin başladığını bəyan edib. Nazir bu barədə sosial şəbəkə X hesabında paylaşım edib.

Onun sözlərinə görə, NATO qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra ölkədə sülhün bərqərar olacağı və Talibanın öz xalqının rifahına, eləcə də regionda sabitliyə diqqət yetirəcəyi gözlənilirdi. Lakin Asif iddia edib ki, hərəkat ölkəni Hindistanın təsiri altına salıb, dünyanın müxtəlif yerlərindən terrorçu qrupları Əfqanıstana toplayıb və terrorizmi ixrac etməyə başlayıb.

Nazir bildirib ki, Taliban Əfqanıstan xalqını əsas insan hüquqlarından məhrum edib və qadınların İslamın təmin etdiyi hüquqlarını əlindən alıb. Onun sözlərinə görə, Pakistan həm birbaşa təmaslar, həm də dost ölkələr vasitəsilə vəziyyətin normallaşdırılması üçün səylər göstərib, lakin nəticə əldə olunmayıb. Asif Talibanı Hindistanın “marioneti” adlandırıb və rəsmi İslamabadın təhlükəsizliyinə yönələn təhdidlərə cavab vermək məcburiyyətində qaldığını vurğulayıb.

Bundan əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstan ərazisində, o cümlədən Kabul və Kandahar şəhərlərində, eləcə də Paktiya vilayətində obyektlərə zərbələr endirdiyi barədə məlumat yayılmışdı. Pakistan tərəfi əməliyyatların əsas hədəfinin Təhrik-e Taliban Pakistan qruplaşmasının düşərgələri olduğunu açıqlayıb. Rəsmi İslamabad həmin təşkilatı İslamabad və digər şəhərlərdə törədilmiş terror aktlarına görə məsul sayır.

Əfqanıstan tərəfi isə zərbələrin mülki obyektlərə endirildiyini və itkilərin qeydə alındığını bildirib. Son günlər iki ölkə arasında qarşılıqlı ittihamlar və sərt bəyanatlar artıb.

Qeyd olunur ki, eskalasiya fevralın 21–22-də Pakistanın Əfqanıstan ərazisinə endirdiyi aviazərbələrdən sonra başlayıb. Analitiklər hesab edirlər ki, tərəflər arasında münasibətlərin daha da gərginləşməsi regionda təhlükəsizlik vəziyyətini ciddi şəkildə mürəkkəbləşdirə və sərhəd bölgələrində genişmiqyaslı hərbi toqquşmalar riskini artıra bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay