Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il 31 tibb müəssisəsində pozuntulara görə radioloji fəaliyyət məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü il ərzində ölkə ərazisində əhalinin və ərazilərin nüvə və radioloji təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyətin tənzimlənməsi üzrə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib...

Poliqonxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, Agentlik tərəfindən ötən il ərzində ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 151 “xüsusi icazə” verilib. Onların 117-si tibb müəssisələrinin, 34-ü isə sənaye və elmi-tədqiqat müəssisələrinin payına düşüb. Bununla yanaşı, nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 92 rəy verilib.

Həmçinin, 2023-cü ildə Agentlik tərəfindən ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının təmin edilməsi məqsədilə 164 müəssisənin radioloji-gigiyenik pasportu aparılıb.

Bundan əlavə, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən 306 nəzarət-yoxlama tədbiri keçirilib. Bu tədbirlər nəticəsində 154 inzibati protokol tərtib edilib, 150 inzibati işə baxılıb, 31 tibb müəssisəsində aşkar edilmiş pozuntularla əlaqədar radioloji fəaliyyət məhdudlaşdırılıb.

Ötən il Agentlik tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan tibb müəssisələrinin rəhbər heyəti və aidiyyəti personalı üçün “Tibb müəssisələrində radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət mexanizmi” adlı təlim, tibb və sənaye müəssislərinin mütəxəssisləri, həmçinin radiasiya aşkarlama və nəzarət funksiyalarını icra edən dövlət orqanlarının nümayəndələri üçün Naxçıvan şəhərində “Tibb və sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi respublika ərazisində nüvə və radioloji təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?

Ən çox oxunanalar