Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orqanlar üzrə donor gözləyən 500-ə yaxın xəstə var

Orqanlar üzrə donor gözləyən xəstələrin sayı açıqlanıb...

Bu barədə APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova məlumat verib. Onun sözlərinə görə, növbədə gözləyən 500-ə yaxın xəstə var:

 “Onların daha çoxu böyrək xəstələridirlər. On illərdir ki, dializdə olan xəstələrimiz var, hələ də gözləyirlər, amma donorları yoxdur. Ola bilsin, yaxın qohumlarından kimsə donor olmaq istəyir, amma uyğunluq gəlmir. Burada, birinci, qan qrupu, ikinci isə, toxuma uyğunluğu çox önəmlidir. Əks halda donor olmaq mümkün deyil. Belə olduqda isə donor gözləyən şəxslər illərlə növbədə gözləməli olurlar. Onlar normal işləyə, oxuya bilmirlər. Həftədə 3 dəfə 4 saat dializdə olurlar. Onlar arasında gənclər, uşaqlar da var və həmin şəxslər gözləyə-gözləyə həyatlarını itirirlər, çünki donor yoxdur. Qohumluq əlaqələri olmadan yad bir insan üçün donor olmaq böyük humanizm, güclü şəfqət hissinə bağlı bir şeydir”.

Yeganə Abbasova qeyd edib ki, sümük iliyinə şamil olunmasa da, böyrəyindən birini, qaraciyərinin bir parçasını verən insanlarda zəif zəncir əmələ gəlir:

“Həmin şəxs özü pisləşə bilər. Bu halda orqan bağışlamış adamın gələcəkdə transplantasiya əməliyyatına ehtiyacı olarsa, növbədə gözləməyəcək və orqan tapıldığı halda birinci ona veriləcək”.
 
Poliqon.info


Etiket: donor


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar