Şənbə, 25 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öpüş səhnəsi ilə gündəm olan aktrisa danışdı

“Azərbaycanda stereotipləri qırmaq lazımdır”...

Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri qırmaq lazımdır”.

PİA.az xəbər verir ki, bunu “Əqrəb mövsümü” serialında öpüşmə səhnəsinə görə tənqidlərə tuş gələn aktrisa Şahanə Rzayeva deyib.

Aktrisa onu tənqid edənlərə səslənib:

“Öpüş səhnəsinə qalanda insanların mənim oynadığım obraz haqqında bildirdikləri tənqidi qəbul edirəm, pis rəylərə isə baxmıram. Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri qırmaq lazımdır. O stereotiplər olduğu müddətdə bu cür pis rəylər normaldır. Mən təklif edərdim, o pis rəy yazanlar oturub serialı izləsinlər..

Partnyorum Əli haqqında demək istəyirəm ki, yaxşı ki o insanla sənətimiz kəsişib… Çox istedadlı, peşəkar, sənətinə aşiq, yaradıcılığından da o tərəfə çox möhtəşəm insandır. Ailəsini də tanıyıram və hörmətim sonsuzdur.

Sənətimi çox sevirəm. Hər zaman da sənətim üçün çalışıram və çalışacağam.

Yadınızdadırsa, mən sizə “Əqrəb mövsümü” serialı çəkilməmişdən öncə müsahibə vermişdim və qeyd etmişdim ki, möhtəşəm bir serial gələcək. O səhnə ilə də bağlı vurğulamışdım ki, Azərbaycan tamaşaçısının sərt reaksiya verəcəyindən əminəm. Nəzərinizə çatdırım ki, serialı izləyənlərin 99 faizi, ümumiyyətlə, bu səhnə ilə bağlı pis rəy yazmayıb. Çünki serial, həqiqətən də, Azərbaycanda çəkilmiş - hələ ki – ən keyfiyyətli işlərdən biridir”.

Qeyd edək ki, aktyor Əli Əlizadənin həmkarı Şəhanə Rzayeva ilə öpüşdüyü kadr sosial şəbəkədədə müzakirə olunub. Aktrisanı buna görə tənqid atəşinə tutanlar da olub, normal qəbul edənlər də.(Yenicag.az)

pia.az






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bütün vətəndaşların piyada getdiyi parka AzTV sədri niyə maşınla gedir? – Foto

İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb - Yenilənib, Video

Qara dəniz üzərində "Boeing" və iki qırıcı görünüb

Araik Moskvadan qayıdandan sonra: “Müharibəyə hazırlaşmaq üçün silahlanmalıyıq”

Onlar varlanmaq üçün doğulub - Ən zəngin 6 bürc

“Qalatasaray” futbol klubu: “Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır"

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

Ən çox oxunanalar