Çərşənbə, 29 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

On altı yaşı tamam olmamış şəxslə cinsi əlaqədə olmağa görə yeni cəzalar müəyyənləşib

On altı yaşınadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzalar müəyyənləşib...

PİA.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin imzaladığı qanunla Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik edilib.

Dəyişikliklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin bu günə qədərki variantı belə idi: "On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Digər dəyişikliklə isə Məcəlləyə yeni bəndlər əlavə olunur. Yeni bəndə əsasən, Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

pia.az


Etiket: cəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün?

Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk açıqlama

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib”

Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

Ermənistan İran PUA-ları üçün hava məkanını açdı...- Bölgədə yeni müharibə?

Adil Əliyev: "Cinayətkarlar yaxalanmadan hər hansı bir iddia irəli sürmək doğru olmaz"

DİN-dən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı çağırış

Ən çox oxunanalar