Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman hərbi hissədə olub - Foto

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edən S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib...

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

MN-dən Poliqon.info-ya verilən məlumata görə, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verilib.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edən S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.

Daha sonra nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxana, əsgər yeməkxanası və digər obyektlərə baxış keçirib.

S.Əliyeva hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Səfər çərçivəsində Ombudsman Aparatının nümayəndələri hərbi hospitalı ziyarət edərək burada yaradılan şəraitlə tanış olub, hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçuların qayğıları ilə maraqlanıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar