Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ofisə basqın edən polis rəisinin qardaşı barədə qərar verildi

Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır...

Bakının Nərimanov rayonunda yerləşən ofislərdən birinə basqın edilməsi ilə bağlı cinayət işi başlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, ofisə basqın edərək sahibkarı döyən Samir Qarayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi açılıb.

Nərimanov Rayon Məhkəməsi təqsirləndirilən şəxsin sabit yaşayış yerinin olmasını və digər əsasları nəzərə alaraq həbs qətimkan tədbirinə ehtiyac görməyib. Qərara əsasən, Samir Qarayev barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, Samir Qarayev idmançı dostu ilə birgə ofisə daxil olaraq sahibkarla mübahisə edib. Mübahisə zamanı Samir Qarayev dəmir çayniklə sahibkara xəsarət yetirib.

Ofis sahibi xəstəxanaya yerləşdirilib, aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün tibbi ekspertiza təyin olunub. Samir Qarayevlə birgə ofisə basqın edən dostunun əməlində isə cinayət müəyyən olunmayıb. Samir Qarayev təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.

Poliqon.info


Etiket: Polis məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar