Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nziv: Misir İsraillə “soyuq sülhdən” açıq qarşıdurmaya keçib...

1979-cu ildən davam edən nisbi sabitlik dövrü başa çatıb, münasibətlərdə gərginlik kəskinləşib...

Poliqon xəbər verir ki, İsrailin Nziv xəbər saytının təhlilinə görə, Misir və İsrail arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Məqalədə vurğulanır ki, 1979-cu ildə imzalanmış sülh müqaviləsindən sonra formalaşan “soyuq sülh” dövrü faktiki olaraq başa çatıb və indi tərəflər “açıq qarşıdurma” mərhələsinə qədəm qoyublar.

İddialara görə, Dohada keçirilən təcili ərəb-islam sammitində, hansı ki, İsrailin HƏMAS nümayəndə heyətinə hücumuna həsr olunmuşdu, Misir rəsmiləri ilk dəfə İsrailə münasibətdə “düşmən” terminindən istifadə ediblər. Bu addım Qahirənin mövqeyində əsaslı dəyişiklik kimi qiymətləndirilir.

Bundan əlavə, məqalədə qeyd olunur ki, ölkələr arasında səfirlərin mübadiləsinin uzun müddətdir baş verməməsi diplomatik əlaqələrin zəifləməsinin açıq göstəricisidir. Misir yeni İsrail səfiri təyin etməyib ki, bu da birbaşa diplomatik kanalların zəifləməsinə və böhranların ənənəvi tənzimlənmə mexanizmlərinin zəifləməsinə səbəb olub.

Nziv yazır: “Cari münaqişə artıq siyasi müharibəyə çevrilib və təhlükəsizlik sahəsindəki əməkdaşlıq ciddi şəkildə təhlükə altındadır”.

Müşahidəçilər hesab edirlər ki, belə vəziyyət İsrail-Misir münasibətlərini regionun təhlükəsizlik arxitekturası üçün kritik həddə gətirib. Əgər bu gedişat davam edərsə, iki ölkə arasında ənənəvi sabitlik dayaqlarının sarsılması Yaxın Şərqdə gərginliyi daha da dərinləşdirə bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay