Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nisyə mal alqı-satqısı ilə məşğul olanlara dair yeni tələb və cərimə müəyyənləşir

Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatların fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi ilə bağlı edilmiş dəyişiklik qüvvəyə minənədək müvafiq nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər kredit tarixçəsi subyektinin razılığı alınmadan aktiv müqavilələr üzrə (alıcı tərəfindən ödənişi tam icra edilməyən) kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etməlidirlər.

Bu tələb qəbul ediləcəyi təqdirə qanunun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minəcək.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar