Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TotalEnergies: “Abşeron” kondensatı “Şahdəniz” vasitəsilə emal olunacaq

“Abşeron” qaz-kondensat yatağının ikinci mərhələsi çərçivəsində hasil olunacaq kondensatın emalı üçün “Şahdəniz” layihəsinin mövcud infrastrukturundan istifadə ediləcək...

Poliqon xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında "TotalEnergies"in Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon deyib.

Onun sözlərinə görə, şirkət yeni emal qurğusuna investisiya qoymaq əvəzinə mövcud infrastrukturdan istifadə etməyi seçib.

“Biz kondensatın tam emalını öz obyektimizdə həyata keçirməyəcəyik. Kondensat son emal üçün ‘Şahdəniz’ terminalına göndəriləcək. Bu, layihələr arasında sinerji yaradır və kapital xərclərini azaldır”, – deyə o bildirib.

Emmanuel de Guillebon qeyd edib ki, TotalEnergies və bp müxtəlif istiqamətlərdə əməkdaşlıq edir və məqsəd ölkədə mövcud imkanlardan daha səmərəli istifadə etməkdir.

“Ölkə səviyyəsində mövcud obyektlərdən istifadə etmək daha məntiqlidir. Əgər başqa layihənin infrastrukturu varsa, yeni obyekt tikməyə ehtiyac qalmır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, şirkət “Abşeron” və “Şahdəniz” layihələri arasında digər texniki əməkdaşlıq imkanlarını da nəzərdən keçirir. Bu əməkdaşlıq sualtı boru xətlərinin çəkilişi və mövcud avadanlıqların birgə istifadəsini də əhatə edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay