Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

Poliqon xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” və “Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərarlarda əksini tapıb.

Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək, Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilib:

Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.

Aşağıdakı hakimlər isə vəzifələrinin dəyişdirilərək, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib:

Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.

Eyni zamanda Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib. Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi isə dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən apellyasiya məhkəmələrinin hakimlərini təyin edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay