Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Simonyan Paşinyanın devrilməsinə çağırıb

Kreml təbliğatçısı Ermənistan baş nazirini sərt tənqid edib və erməni vətəndaşlarını ona qarşı çıxmağa səsləyib...

Poliqon xəbər verir ki, Rusiyanın dövlət təbliğat mediasının əsas simalarından biri, “Russia Today” və “Sputnik” media qrupunun baş redaktoru Marqarita Simonyan Ermənistanın baş naziri Nikol Paşinyanı yenidən sərt şəkildə tənqid edib.

Simonyan çıxışı zamanı Ermənistan vətəndaşlarını Paşinyanı hakimiyyətdən “uzaqlaşdırmağa” çağırıb.

“Paşinyana səs vermək yalnız güclü hallüsinogen və narkotik təsiri altında mümkün ola bilər”, deyə Kremlin təbliğat ruporu bildirib.

Kremlə yaxın media rəhbəri ironik şəkildə Ermənistana çörək və darı göndərilməsini də təklif edib. O iddia edib ki, əgər ölkə vətəndaşları hazırkı baş naziri dəstəkləyirlərsə, bu, “kütləvi göbələk istifadəsi” ilə əlaqəli ola bilər.

Bununla yanaşı, Simonyan “Allaha şükür edirəm ki, Ermənistan vətəndaşı deyiləm” deyərək əlavə edib ki, “Rusiya Ermənistansız keçinə bilər, amma Ermənistan Rusiyasız yox”.

Onun açıqlamaları sosial şəbəkələrdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Simonyanın bəyanatları son illərdə Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşdiyi bir dövrdə səslənib.

Qeyd edək ki, Nikol Paşinyan son aylarda Rusiyanın regiondakı siyasətini açıq şəkildə tənqid edir və Ermənistanın təhlükəsizlik siyasətində yeni tərəfdaşlıqlar qurmağa çalışır. Bu isə Rusiya siyasi və media dairələrində narazılıq doğurur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay