Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moody’s: Geosiyasi risklərə baxmayaraq, Azərbaycan və regionun bank sektorunda sabitlik qorunacaq

Yaxın Şərqdə artan geosiyasi gərginliklərə baxmayaraq, Qafqaz və Mərkəzi Asiya (CAC) ölkələrinin bank sistemləri üçün makromaliyyə şəraitin sabit qalacağı gözlənilir...

Bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Agentliyin qiymətləndirməsinə görə, CAC regionunda iqtisadi artım tempi digər regionlarla müqayisədə ən yüksək olaraq qalır və bu, bank sektorunun fəaliyyətini dəstəkləyən əsas amillərdən biridir.

Moody’s bildirib ki, Azərbaycan da daxil olmaqla region ölkələrinin Yaxın Şərqə iqtisadi asılılığı məhduddur. Təqdimatda qeyd olunub ki, Azərbaycan və digər CAC ölkələri Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrindən hidrokarbon idxal etmir, bu ölkələrlə ticarət əlaqələrinin həcmi isə aşağı səviyyədədir.

Agentliyin məlumatına görə, Azərbaycanın GCC ölkələrindən mal idxalının ümumi idxaldakı payı 1%-dən azdır ki, bu da Yaxın Şərqdə mümkün iqtisadi şokların ölkəyə birbaşa təsirini məhdudlaşdırır.

Moody’s həmçinin vurğulayıb ki, regionun maliyyə göstəriciləri 2022-2023-cü illərlə müqayisədə daha güclü olaraq qalır. Bank sistemlərində kapital adekvatlığı, likvidlik və aktiv keyfiyyəti göstəriciləri sabit səviyyədədir.

Agentliyin fikrincə, enerji qiymətlərinin artması neft və qaz ixracatçısı olan Azərbaycan üçün əlavə fiskal gəlirlər yarada və ölkənin xarici mövqeyini daha da gücləndirə bilər.

"Azərbaycanın yüksək strateji valyuta ehtiyatları və güclü xarici balansı qlobal geosiyasi risklər fonunda maliyyə sabitliyini dəstəkləyən əsas amillərdən biridir" - Moody’s əlavə edib. (APA)

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay