Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Həsənovun “Şəhərsalma və Memarlıq ili”nə qanunsuz tikinti töhfəsi

Yasamal rayonunda növbəti mübahisəli tikinti ilə bağlı narazılıqlar yaranıb...

Poliqon xəbər verir ki, sakinlərin Bizimesr.com portalına verdiyi məlumata görə, “İnşaatçılar” metro stansiyasının çıxışına yaxın ərazidə geniş sahə hasarlanıb və ərazidə tikintiyə hazırlıq işləri aparılır. Bildirilir ki, hasarlanan ərazidə aparılacaq tikinti ilə bağlı heç bir məlumat lövhəsi yerləşdirilməyib. 

Ərazidə yaşayan sakinlər iddia edir ki, sözügedən küçədə əvvəllər də aparılan obyekt tikintiləri zamanı piyadalar üçün nəzərdə tutulan səkilər daraldılıb. Onların sözlərinə görə, yeni tikintinin də eyni problemlərə səbəb olacağı gözlənilir.

Sakinlər hesab edir ki, tikinti ilə bağlı ictimaiyyətə açıq məlumat verilməməsi prosesin qanunsuz aparılması ilə bağlı şübhələri artırır. İddialara görə, məsələ ilə bağlı aidiyyəti qurumlar, xüsusilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı tədbir görülmür.

Belə qanunsuz tikintilərin ölkədə elan olunan “Şəhərsalma və Memarlıq ili” fonunda baş verməsi maraq yaradır. Sakinlər şəhərsalma qaydalarına uyğun olmayan belə halların paytaxtın mərkəzi ərazilərində davam etməsinin ciddi narahatlıq yaratdığını bildirirlər.

Qeyd edək ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay